Türklər "feyr-pley"i pozdu və... baş məşqçi istefa verdi - FOTO/VİDEO
Bizi izləyin

İdman

Türklər "feyr-pley"i pozdu və... baş məşqçi istefa verdi - FOTO/VİDEO

Türk futbol tarixində görünməmiş hadisə baş verib. Azarkeşlər "Konyaspor"la "Kasımpaşa" arasında baş tutan matçda qəribə hadisəyə şahid olublar.

Publika.az xəbər verir ki, qarşılaşmanın 19-cu dəqiqəsində qonaq komandanın futbolçusuna qarşı kobudluq edilib və nəticədə, Ryan Babel yerdə qalıb. "Konyaspor"lu oyunçular topun auta atılmasını gözlədiyi bir vaxtda rəqib komandanın futbolçusu topu tora göndərib.

Qoldan sonra "Konyaspor"lu oyunçular "Kasımpaşa"lı oyunçu Donk və matçın hakiminə etiraz ediblər. Meydançada mübahisə başlayıb, hətta "Kasımpaşa"nın baş məşqçisi Şota Arveladze də oyuna müdaxilə edib. Baş məşqçi futbolçularına oyun başladıqdan sonra qol buraxmalarını tapşırıb.

Oyuna mərkəzdən başlayan "Konyaspor" futbolçuları rəqib komandanın boş qapısına qol vurublar. Bununla da ədalət bərpa olunub. Sonradan daha bir qol vuran meydan sahibləri qalib gəlib.

Oyun bitdikdən sonra "ağ-göylər"in baş məşqçisi Arveladze istefa verib. Türkiyə mətbuatına açıqlama verən gürcü mütəxəssis qərarının qarşılaşmanın gedişində baş verənlərlə bağlı olmadığını söyləyib:

"Artıq getmək vaxtıdı. Oyunda yaşananlar istefama səbəb deyil. Bu hadisə hamının başına gələ bilər. Əsas odur ki, biz həmin vəziyyətdən üzüağ çıxdıq. Komandanın uğursuz çıxışına mane ola bilmirəm. Qalsam, vəziyyət daha da pisləşə bilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm