İdmançımız Afrikada qızıl qazandı
Bizi izləyin

İdman

İdmançımız Afrikada qızıl qazandı

Azərbaycanın Triatlon idman növü üzrə yığması bu ilin ilk qələbəsini qazanıb.

Publika.az xəbər verir ki, Misirin Hurgada şəhərində keçirilən Açıq Afrika Kubokunda idmançımız Rostislav Pevstov qələbə qazanaraq ilk uğura imza atıb.

Qeyd edək ki, Rostislav Pevstov Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün aktivinə reytinq xalları yazıb.

Bu, idmançımızın ilk uğuru deyil. Belə ki, triatlonçumuz ötən il Meksikada keçirilmiş Panamerika Kuboku, Çində Asiya Kuboku və Macarıstanda Dünya Kubokunun ikincisi olub.

Yiğmamızın digər üzvləri Aleksandr Yatsenko Açıq Afrika Kubokunda 6-cı, Kseniya Levkovskaya isə 10-cu yerə layıq görülüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm