İdman
Azərbaycan yığmasının heyəti açıqlandı
Karate üzrə milli komandamız martın 19-22-də İstanbulda 50-ci Avropa çempionatında iştirak edəcək.
Publika.az xəbər verir ki, baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov Avropa çempionu olan ötən ilki heyətdən fərlqi olaraq, bu dəfə komanda yarışlarının heyətinə daha çox perspektivli idmançıları cəlb edib.
Baş məşqçiyə onun köməkçisi Rəşad Hüseynov, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov, gənclərin böyük məşqçisi Şahin Xudaverdiyev, yeniyetmələrin böyük məşqçisi Anar Allahverdiyev və Denis Morozov kömək edəcəklər.
Milli komandamız kumite yarışlarında ilk dəfə tam heyətlə çıxış edəcək. Ötən il zədə səbəbindən Avropa çempionatından kənar qalan Rafael Ağayev (-75 kq) də bu dəfə növbəti titulunu qazanmağa çalışacaq. Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Ayxan Mamayev (-84 kq) və Şahin Atamov, həmçinin qızlar arasında Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Aytən Səmədli (+68 kq) fərdi yarışlarda mübarizə aparacaqlar. Komanda çempionatına Tural Ağalarzadə, Pənah Abdullayev, Asiman Qurbanlı, Orxan Heydərli, Rafael Ağayev və Şahin Atamov qatılacaq.
Kata üzrə böyük məşqçi Vahid Ayvazov bu dəfə də Tural Balcanlı ilə Adilə Qurbanovanın çıxışına üstünlük verib. Beynəlxalq referilərimiz Cahangir Babayev, Yusif Məmmədov, Rənad Əliyev, Vüqar Kərimov və Nərgiz Mehdiyeva Avropa çempionatını idarə edən hakimlər arasında olacaq. Media və İctimaiyyətlə İşlər Katibi Sənan Məhərrəmov birbaşa yarış zalından federasiyanın rəsmi saytı və "Facebook" səhifəsində karate azarkeşlərini operativ mətn reportajı, foto və canlı videoyayımla məlumatlandıracaq. İstanbulun Sinan Erdem İdman salonunda yarışda 49 ölkədən 433 idmançı iştirak edəcək. 50-ci Avropa çempionatının özəlliyi Bakı 2015 1-ci Avropa Oyunlarına vəsiqə qazanılmasında və ilk dəfə qitədə bu əsasnamə ilə çempionatın keçirilməsindədir.
16 martda İstanbula yubiley Avropa çempionatına yollanan heyətə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və 1-ci vitse-prezident, baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi İlham Qasımzadə rəhbərlik edir. İdmançılarımız 1 həftə sonra vətənə dönəcəklər.
2014-cü il mayın ilk günlərində Finlandiyanın Tampere şəhərində 49-cu Avropa çempionatında Azərbaycan karateçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışdı. Şahin Atamov, Ayxan Mamayev, Niyazi Əliyev, Rafiz Həsənov, Asiman Qurbanlı və Tural Ağalarzadədən ibarət milli komandamız Avropa çempionu, Şahin Atamov (-84 kq) və Niyazi Əliyev (-67 kq) ikinci pillənin, Nuranə Əliyeva isə qadınlar arasında ilk dəfə qitə çempionatında bürünc mükafatın sahibi olub. Son Avropa çempionatının finalını təqdim edirik.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO