“Fransa PSJ kimi komandaya layiq deyil” – işə nazir də qarışdı
Bizi izləyin

İdman

“Fransa PSJ kimi komandaya layiq deyil” – işə nazir də qarışdı

PSJ-nin lideri Zlatan İbrahimoviçin açıqlaması Fransada böyük narazılığa səbəb olub.

Publika.az xəbər verir ki, dünən keçirilən “Bordo” - PSJ oyunundan (3:2) sonra mətbuata açıqlama verən İbrahimoviç hakimlikdən narazılığını sərt şəkildə ifadə edib:

“Fransa PSJ kimi komandaya layiq deyil”.

Parislilərin hər 2 qolunu vuran Zlatanın ölkənin ünvanına işlətdiyi bu ifadə böyük ictimai qınağa səbəb olub. Fransanın idman naziri Patrik Kann da onun dediklərinə biganə qalmayıb. Nazir “tvitter”də bununla bağlı şərh yazıb:

“İbrahimoviçin məyusluğu hakimlərin və ölkənin ünvanına söylədiyi fikirlərə haqq qazandıra bilməz. O, mütləq üzr istəməlidir”.

PSJ-nin baş məşqçisi Loran Blan oyundan sonra hakimliklə bağlı danışmayıb. O, “Bordo”nun layiqli qələbə qazandığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm