• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

736 gündən sonra 27-ci yarımfinalçı

  • İdman
  • 16 Mart 2015 12:34
  • 184 Baxış
736 gündən sonra 27-ci yarımfinalçı

Azərbaycan kubokunda yarımfinalçılar artıq məlumdur. İki oyunun nəticəsinə əsasən (3:0, 0:0) “Qəbələ”ni mübarizədən kənarlaşdıran “Simurq” tarixində ilk dəfə bu mərhələyə yüksəlib.

Publika.az xəbər verir ki, indiyədək kubokun yarımfinalına vəsiqə qazana bilməyən Zaqatala təmsilçisi buna nail olan 27-ci klub kimi tarixə düşüb.

Belə ki, 1992-ci ildən bunadək əvvəlki 22 mövsümdə 26 komanda ən güclü 4 klub sırasına düşə bilmişdi. “Neftçi” hamıdan çox – 14-cü, “Qarabağ” 12-ci dəfə bunu bacarıb. “İnter” isə 8-ci uğuru ilə “Bakı” və “Xəzər Lənkəran”a çatıb.

Azərbaycan kubokunun bütün yarımfinalçıları bunlardır: “Neftçi” (14 dəfə), “Qarabağ” (12), “Bakı”, “İnter”, “Xəzər Lənkəran” (8), “Kəpəz” (5), “Qəbələ”, “Turan”, “Kür-Nur”, “Xəzri” (3), AZAL, “Şəmkir”, “İnşaatçı” (Bakı), “MKT-Araz” (2), “Xəzər” (Sumqayıt), “Şəfa”, “Bakı fəhləsi”, “Bakılı”, “Viləş”, “Karvan”, “Xəzər” (Lənkəran), “Tərəqqi”, “Fərid”, “İnşaatçı” (Sabirabad), “Göyəzən”, “Rəvan”, “Simurq” (1).

“Qarabağ” Azərbaycan kubokunun 1/4 final mərhələsində “Bakı” ilə hər iki oyunda böyükhesablı qələbə qazanmaqla (3:0, 4:1) buna nail olan 3-cü komanda olub. Belə ki, 1992-ci ildən start götürən ölkə kubokunun tarixində bunadək yalnız iki dəfə 1/4 finalda eyni komanda hər iki görüşdə 3 və ya daha çox top fərqiylə qalib gəlmişdi. 1994/95 mövsümündə “Neftçi” paytaxt derbisində “İnşaatçı”dan üstün olub – 5:1. 2000/01 mövsümündə isə “Dinamo-Bakılı” (indiki “Bakı”) “Real”a gücünü göstərib – 4:0, 3:0.

Bu dəfə 1/4 finalın 8 oyunundan 4-də böyükhesablı nəticə qeydə alınıb. “Qarabağ”dan başqa, “İnter” “Xəzər Lənkəran”, “Simurq” isə “Qəbələ” ilə səfər oyununda 3 cavabsız qol vurub. Bir mövsümdə 1/4 finalda 4 böyükhesablı nəticənin qeydə alınması isə ölkə kuboku tarixinin rekordudur. İndiyədək ən çox – 3 belə hesab 1994/95, 2000/01 və 2003/04 mövsümlərinin 1/4 finalında qeydə alınmışdı.

Qeyd edək ki, “Bakı” üzərində qələbə “Qarabağ”ın Azərbaycan kubokunda 25-ci səfər qələbəsi ilə, matçdakı sonuncu top rəqib meydanlarında 70-ci qolla da əlamətdar olub.

2014/15 mövsümündə ilk het-trik də elə 1/4 finalda qeydə alınıb. “Bakı” ilə səfərdəki cavab oyununda vurduğu 3 qolla “Qarabağ”ın 4:1 hesablı qələbəsində pay sahibi olan Vüqar Nadirov ilkin müəllifi kimi tarixə düşüb. Kubok yarışlarında 2013/14 mövsümündə bir oyunda 2-dən artıq qol vuran olmamışdı. Sonuncu het-trik isə 2012/13 mövsümünün 1/4 final mərhələsində qeydə alınmışdı. İndiki kimi cavab oyunları çərçivəsində keçirilən matçlar zamanı Ağabala Ramazanov het-trikə imza atmışdı. O, 2013-cü il martın 7-də “Rəvan”la ev oyununda fərqlənib. Azərbaycan kubokunda iki het-triki bir-birindən 736 gün ayırıb.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR