Boksçularımız İtaliyaya yollandı
Bizi izləyin

İdman

Boksçularımız İtaliyaya yollandı

Avropa Oyunlarına hazırlaşan boks üzrə milli komandamız İtaliyaya təlim-məşq toplanışına yollanıb.

Publika.az xəbər verir ki, yığmamız 8 gün İtaliyanın Assizi şəhərində yerli boksçularla birgə hazırlıq keçəcək.

Millimizin məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında toplanışda ikiqat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq), dünya çempionu Cavid Çələbiyev (56 kq), Avropa çempionu Salman Əlizadə (49 kq) kimi tanınmış boksçularımız iştirak edir. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş “Strandja” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elvin İsayev (60 kq) və Lorenzo Sotomayor da (64 kq) toplanışa cəlb olunub.

Xatırladaq ki, komandamız buna qədər Bakıda Fransa boksçuları ilə birgə hazırlıq keçib. Apreldə isə yığmamız Avropa Oyunlarına test xarakteri daşıyan “İpək Yolu” turnirində mübarizə aparacaq.

Milli komandamızın heyəti

49 kq: Salman Əlizadə

52 kq: Elvin Məmişzadə, Məsud Yusifzadə

56 kq: Cavid Çələbiyev, Tayfur Əliyev

60 kq: Elvin İsayev

64 kq: Lorenzo Sotomayor

69 kq: Tamerlan Abdullayev

75 kq: Xaybulla Musalov, Kamran Şahsuvarlı

81 kq: Rauf Rəhimov

+91 kq: Məhəmmədrəsul Məcidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm