Prosineşki: “Kamran Ağayev Malta ilə oyuna çağırılacaq”
Bizi izləyin

İdman

Prosineşki: “Kamran Ağayev Malta ilə oyuna çağırılacaq”

Azərbaycan millisinin baş məşqçisi Robert Prosinçeki Türkiyənin birinci liqa klubu "Kayserispor"da çıxış edən Kamran Ağayev haqda fikirlərini bildirib.

Publika.az xəbər verir ki, xorvat məşqçi Ağayevi martın 28-də keçiriləcək Malta ilə AÇ-2016-nın seçmə mərhələ oyununa dəvət edəcəyini deyib:

"Kamran Ağayev Malta ilə oyuna çağırılacaq. O, son iki oyunda çıxış etdiyi "Kayserispor"a kömək edir. Ağayev iki çempionat oyunundan əvvəl kubok matçının da iştirakçısı olmuşdu. Onun oyun təcrübəsi bir müddət azalsa da, artıq qaydasına düşür.

Martın 22-də başlayacaq hazırlıqlara onu da dəvət edəcəm və kimin daha hazırlıqlı olduğunu müəyyənləşdirəcəm. Heyəti martın 19-da açıqlamaq istəyirəm. Burada 95 faiz klublarında daim oynayan futbolçular yer alacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm