Droqba "Qalatasaray"ın düşərgəsində
Bizi izləyin

İdman

Droqba "Qalatasaray"ın düşərgəsində

Vaxtilə "Qalatasaray"ın formasını geyinmiş ulduz futbolçu sabiq klubunu ziyarət edib.

Publika.az xəbər verir ki, "Çelsi"nin şərəfini qoruyan Didye Droqba liqada növbəti oyuna hazırlaşan klub futbolçularını ziyarət edib. Bu sürpriz ziyarət komandanı xeyli təəccübləndirib.

"Sarı-qırmızılı" klubda 1,5 mövsüm forma geydikdən sonra İngiltərənin yolunu tutan futbolçu tətil üçün İstanbulu seçib. Ailəsi ilə birlikdə Türkiyəyə gələn Droqbanın ilk baş çəkdiyi yer isə "Qalatasaray" düşərgəsi olub.

Məşqdən əvvəl meydançaya daxil olan Droqba "Qalatasaray"lı futbolçularla tək-tək salamlaşıb. Fil dişili ulduzun Uesli Sneyder və Selçuk İnanla dialoqu isə xüsusi diqqət çəkib.

Droqba ziyarət zamanı köhnə klubu ilə bağlı maraqlı açıqlamalar verib: "İstanbulda və yenidən "Qalatasaray" düşərgəsində olmaqdan çox məmnunam. Bu komandanın çempionluq hədəfi var. Bunun üçün də hamımız onlara dəstək verməliyik. Çempion olduğunuzda isə qələbəni gəlib sizinlə birgə qeyd edəcəyəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm