Hakimin maşınını yandırdılar - özünü və ailəsini öldürmək istədilər - FOTO
Bizi izləyin

İdman

Hakimin maşınını yandırdılar - özünü və ailəsini öldürmək istədilər - FOTO

Cənubi Kiprdə futbol hakimlərinə qarşı hücumlar davam edir. Bu hücumlara daha biri əlavə olunub. İngiltərə mətbuatının yaydığı məlumata görə, FİFA dərəcəli hakim Leontios Trattosa aid maşın yandırılıb.

Publika.az xəbər verir ki, məşhur hakimin Nikosiyada olan evinin qarşısında baş verən hadisədən sonra maşını yararsız hala düşüb.

Bundan əvvəl də 2014-cü ilin fevralında onun avtomobilinə bomba qoyulmuşdu. Baş verən hər iki hadisədə onun ailəsinə heç bir zərər dəyməyib. Ancaq bu ilin oktyabrında anasının evinin yaxınlığında bomba partladılıb.

Bu cür hadisələr tək Trattosun başına gətirilməyib. Ötən ay Cənubi Kiprdə futbol hakimlərinin birinin həyat yoldaşının avtomobilinə də bomba qoyulub.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm