28 yığma Bakıya bilet sifariş verib
Bizi izləyin

İdman

28 yığma Bakıya bilet sifariş verib

Bakıda keçiriləcək I Avropa Oyunlarının su polosu üzrə yarışlarına qatılacaq yığmaların yekun siyahısı dəqiqləşib.

Publika.az xəbər verir ki, 28 yığma Bakı 2015-in təsnifat mərhələsindən sonra Azərbaycana bilet sifariş verib.

Kişilərin mübarizəsində 16 milli qüvvəsini sınayacaq. Azərbaycan yığmasının ev sahibi kimi iştirak edəcəyi yarışa gənclərin Avropa çempionatında ilk 7 yerin sahibi - Monteneqro, Serbiya, İtaliya, Macarıstan, Xorvatiya, Rusiya və İspaniya millilərinə Yunanıstan, Ukrayna, Slovakiya, Türkiyə, Fransa, Rumıniya, Almaniya və Malta poloçuları da qoşulublar.

Qadınların yarışında isə Azərbaycanla yanaşı, Yunanıstan, İspaniya, Hollandiya, İtaliya və Macarıstan yığmaları lisenziyaya sahib olmuşdularsa, təsnifat mərhələsində 6 “xoşbəxt” də bilinib. Bunlar Fransa, Böyük Britaniya, Slovakiya, İsrail, Almaniya və Serbiya milliləridir.

Avropa Oyunlarında su polosu yarışları iyunun 12-21-də baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm