• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Erməni həyasızlığına qarşı inanılmaz mücadilə - Onların ən ağıllı adamını necə alçaltdı?

  • İdman
  • 18 Mart 2015 16:00
  • 1 751 Baxış
Erməni həyasızlığına qarşı inanılmaz mücadilə - Onların ən ağıllı adamını necə alçaltdı?

1974-cü ilin aprel ayında Odessada şahmat tacı uğrunda iddiaçılar arasında yarımfinal qarşılaşması keçirilirdi. Yarımfinalda Viktor Korçnoyla Tiqran Petrosyan üz-üzə gəlirdi. Bu görüş şahmatın tarixində ən qalmaqallı qarşılaşmalardan biri hesab olunur. Publika.az Viktor Korçnoyun az qala bütün ermənilərə qarşı amansız mübarizəsi ilə müşayiət olunan həmin görüş barədə məlumat verəcək.

Erməni ənənəsi - Arvad vasitəsilə təxribat

Yarımfinal mübarizəsindən danışmamışdan əvvəl iddiaçıların şəxsi münasibətlərinə toxunaq. Onların arasında olduqca soyuq münasibət hökm sürürdü. Korçnoy Petrosyanla münasibətlərinə yazdığı kitabda toxunub. O, qeyd edir ki, Petrosyan dünya çempionu olandan sonra Yerevanda beynəlxalq turnir keçirilirdi. Təşkilatçılar bütün mümkün vasitələrdən istifadə edirdilər ki, həmyerliləri turnirin qalibi olsun. Ancaq Korçnoy birinci yeri tutmaqla, onların bütün planlarını pozub. Turnirdən sonra Petrosyanın arvadı Korçnoyun həyat yoldaşına zəng edərək, ərinin Yerevanda sevgilisinin olduğunu deyib. Korçnoy erməninin ənənəvi “arvad vasitəsilə təxribat”ına belə cavab verib: “Bu şərəfsizliyə görə Petrosyanı cəzalandırdım. Ənənəvi “Moskva-Leninqrad” turnirində ona 2 dəfə qalib gəldim”.

Petrosyanın necə iyrənc və idbar gedişlər etdiyini görə-görə...

Korçnoy etiraf edib ki, Petrosyanla “isti müharibə” 1974-cü ildən başlayıb. Amma aralarında “soyuq müharibə” lap çoxdan varmış. Onlar hələ 1971-ci ildə mübahisə etmişdilər. Həmin vaxt Korçnoy Fişerlə oyunda Petrosyana kömək etmək üçün Buenos-Ayresə getməkdən imtina etmişdi. Korçnoy addımını belə izah etmişdi: “Petrosyanın cansıxıcı oyununa baxmaq xoş deyil. Hələ ona görə cavabdehlik daşımağı demirəm”.

Bəzi mənbələrə görə isə Korçnoyun izahı daha sərt olub: “Petrosyanın necə iyrənc və idbar gedişlər etdiyini görə-görə, onun sekundantı ola bilmərəm”.

Balıq, kürü və “Volqa”

Yarımfinal görüşü üçün Odessadakı teatrın binası seçilmişdi. Teatr 1100 yerlik idi. Qonaqlara şəhərin ən yaxşı mehmanxanası - dənizçilərin bazası verilmişdi. Mehmanxananın direktoru təklif etdi ki, iddiaçılara 2 və 3-cü mərtəbədə yerləşən “lüks” nömrələr verilsin. Amma bu ideyadan imtina edildi. Çünki otaqlar bir-birinin üstündə yerləşirdi. Təşkilatçılar düşünürdü ki, aşağı mərtəbədə qərarlaşan şahmatçı yuxarı mərtəbədə yerləşəcək şahmatçıdan “mənə mane olur” deyərək, şikayətlənə bilər. Nəticədə şahmatçılar eyni mərtəbədə, ancaq müxtəlif cinahlarda yerləşdirildi.

Təşkilatçılar şahmatçıların bütün istəklərini yerinə yetirmişdilər. Otaqdakı soyuducu ağzına qədər ərzaqla, o cümlədən balıq və kürü ilə dolu idi. Narazılıq olmasın deyə, onların hər ikisinə hökumət nümayəndələri üçün nəzərdə tutulmuş “Volqa” markalı avtomobil ayrılmışdı. Odessa şəhərinin rəhbərliyi onlara belə bir etimad göstərildiyinə görə, sevinirdi. Amma şəhər rəhbərliyi sonda onları nə gözlədiyini bilsəydi...

Petrosyan əvvəlcə “razıyam” dedi...

Əvvəlcə hər şey qaydasında gedirdi. Odessaya öncə Tiqran Petrosyan gəldi. O və həyat yoldaşı Rona Yakovlevna yaradılan şəraitdən razı qaldı: “Məni əla qarşıladılar. Çox qonaqpərvər şəhər və qonaqpərvər insanlar. Qalanları havadan və Korçnoyun oyunundan asılıdır. Onu deyə bilərəm ki, hazırlıqdan razıyam”.

Korçnoy isə mətbuat konfransında aqressiv görünürdü: “Lövhə arxasında heç nə etməyən bir adamla şahmat oynamaq çətindir. Özü də o, bunu nümayişkəranə şəkildə etmir. Bu, məni bəzən sadəcə əsəbiləşdirir. Amma Fişerlə oyunda məğlub olması Petrosyana mənfi təsir göstərə bilər. Bəli, biz keçən dəfə Moskvada - Petrosyanın meydanında oynayırdıq. İndi neytral meydandayıq. İndi hər şey mənim xeyrimə dəyişib”.

Şahmat tarixində hələ belə alçalma olmayıb

Turnirin rəsmi açılışı aprelin 11-də oldu. Ajiotaj ağlasığmaz idi. İlk partiyada Petrosyan çox əsəbi görünürdü. O, Korçnoya ev tapşırığı hazırlamışdı. Ancaq Viktor tezliklə çıxış yolu tapdı və 26-cı gedişdən başlayaraq kəskin hücum qurdu. Petrosyanın təslim olmaqdan başqa çarəsi qalmamışdı. Hər kəs onun rəqibin əlini sıxacağını gözlədiyi bir anda şahmatda biabırçılıq sayıla biləcək bir hadisə yaşandı. Petrosyan gediş etdi və onu mat təhlükəsi gözlədiyini sezmədi. Təəccübdən gözləri bərələn Korçnoy “Siz mat ola bilərsiz” dedi. Korçnoy ümid edirdi ki, bu sözlərdən sonra Petrosyan təslim olacaq və o, erməninin şahına “mat” elan edib, onu alçaltmayacaq. Ancaq eşitmə qabiliyyəti zəif olan (Petrosyan eşitmə aparatı taxırdı) erməni reaksiya vermədi. Korçnoyun Petrosyanı alçaltmaqdan başqa yolu qalmamışdı. O, erməninin şahına mat elan etdi.

Sonra arvadını irəli verdi

Artıq 3-cü partiyadan sonra hiss olunurdu ki, Petrosyan pis formadadır. Bundan sonra erməni həyasızlığı başladı. Korçnoy 2:0 öndə olarkən Petrosyanın arvadı fəaliyyətə keçdi. O, təşkilatçıların ünvanına ağıla gələn və gəlməyən ittihamlar söylədi. Ardınca Odessadakı erməni diasporu işə qoşuldu. Onlar Korçnoyun arvadını belə təhqir etməkdən çəkinmədilər. Özü də Viktorun həyat yoldaşı erməniəsilli idi. Ermənilər “Bella, sən öz xalqını satmısan” şüarı yazılmış plakat da hazırladılar. Ardınca isə bu qarşılaşmanı məşhurlaşdıran hadisə baş verdi.

Ayaqla oyun

Petrosyanda vərdiş yaranmışdı. Partiyanın sonuna yaxın əsəbindən ayaqlarını oynadırdı. O, ayaqlarını oynadarkən Korçnoyun ayaqlarını tapdalayırdı. İlk partiyada Korçnoy iradlarla kifayətləndi. Amma sonradan zərbəyə zərbə ilə cavab verdi. Demək olar ki, hər partiyadan sonra iştirakçılar hakimlərə şikayət ərizəsi yazırdılar. Korçnoy həm də zalda ermənilərin toplaşıb ona təzyiq göstərməsindən də narazılıq edirdi. “Ayaqla oyun”un qarşısını almaq üçün masanın altına arakəsmə vuruldu. Ancaq artıq gec idi, oyuna nəzarət itmişdi.

Məşhur fraza sonuncu oldu

Apellyasiya komitəsi hər gün iclas keçirirdi. Komitənin tərkibinə daxil olan Odessa şəhər partiya komitəsinin birinci katibi Şurko bu yarışı keçirməyə razılıq verdiyinə görə özünə lənət yağdırırdı. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsindən ona daim zəng edirdilər. Hər bir oyunçunun “yuxarıda” azarkeşi var idi. Hadisə pik nöqtəsinə aprelin 25-də, 5-ci partiyada, hesab Korçnoyun xeyrinə 2:1 olarkən çatdı.

Korçnoy belə xatırlayır: “Mən debütdə müəyyən üstünlük qazandım. Bundan sonra Petrosyan yenə də masanı titrətməyə başladı. Mənə elə gəlirdi ki, o, bunu qəsdən edir. “Masanı titrətməyin, mane olursuz” dedim. O, “bəli, biz bazarda deyilik” dedi. Və yenə də qara işini davam etdirdi. Onda mən məşhur frazanı işlətdim: “Siz son şansınızdan yararlanırsız”.

Bu fraza sonuncu oldu. Petrosyan ölənə qədər biz danışmadıq”.

“Xəstəlik” də kömək etmədi

Partiya təxirə salındı. Petrosyanın durumu çıxılmaz idi. O, görüşü davam etdirməyə gəlmədi. Hesab 3:1 oldu. Qalib gəlmək üçün Korçnoya daha bir qələbə lazım idi. Və yenə də erməni həyasızlığı. Petrosyan ərizə yazaraq görüşün təxirə salınmasını tələb etdi. Ərizədə Korçnoyun ona mane olduğunu qeyd etmişdi.

Korçnoy belə xatırlayır: “Petrosyanın ərizəsini bir neçə saat müzakirə etdilər. Söhbət yüksək tonda gedirdi. Mən sual verdim: “Petrosyanın SSRİ-də yarışması ermənilərin çıxışları ilə müşayiət olunur. Maraqlıdır, Petrosyanın bu yığıncaqların təşkilində hansı rolu var?” Petrosyan qışqırmağa başladı: “O, məni təhqir etdi. O, mənim xalqımı təhqir etdi. Onunla oynamaqdan imtina edirəm”. Petrosyan Mərkəzi Komitənin qərarına qədər xəstəxanada yatdı”.

Şahidlər, o cümlədən gənc odessalı qrossmeyster Vladimir Tukmakov hesab edirdi ki, Petrosyan xəstə deyildi, sadəcə, məğlub olacağından qorxaraq xəstəxanada yatdı. O, ümid edirdi ki, Moskvada onun xeyrinə qərar verəcəklər. Amma onun istədiyi olmadı. Mayın 2-də qəzetlərdə kiçik məlumat yer aldı: “Yarımfinal qarşılaşması 3:1 hesabı ilə Korçnoyun xeyrinə başa çatıb. Buna Petrosyanın xəstəliyi ilə əlaqədar oynamaqdan imtina etməsi səbəb olub”.

Natiq

Xəbər lenti

DAHA ÇOX XƏBƏR