• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mütəxəssislər “Qəbələ” və “Simurq” arasında “seçim etdi”

  • İdman
  • 18 Mart 2015 14:16
  • 372 Baxış
Mütəxəssislər “Qəbələ” və “Simurq” arasında “seçim etdi”

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək. Avrokuboklara vəsiqə uğrunda “Qəbələ” və “Simurq” arasında amansız mübarizə getdiyini nəzərə alsaq, əyalət təmsilçilərinin oyunları daha çox diqqət mərkəzində olacaq. Onlardan hansının 4-cü pilləyə layiq olduğunu isə mütəxəssislərdən soruşduq. Publika.az-a açıqlama verən futbol adamları maraqlı fikirlər səsləndirdi.

Şahin Diniyev, Məşqçilər Komitəsinin üzvü

“Həmişə olduğu kimi çempionatı 3 yerə bölürlər - Liderlər, ortabab komandalar və autsayderlər. Liderlər qrupu daha tez aydın oldu. Ancaq 3 xallıq sistemdə hansısa bir proqnoz vermək təhlükəlidir. Düzdür, yenə deyirəm “ilk 3-lük” artıq bəllidir. Düşünürəm ki, olduğu kimi də qalacaq. O ki, qaldı 4-cü yer uğrunda mübarizəyə, “Simurq”un şansı daha çoxdur. Ancaq bu futboldur, hər şey ola bilər. “Qəbələ” də toparlana bilər. Hazırda, göstərdiyi oyuna və komandanın səviyyəsinə görə “Simurq”u 4-cü komanda olmağa daha yaxın sayıram”.

Ağasəlim Mircavadov, Məşqçilər komitəsinin üzvü

“Düz dediz, “ilk 3-lük” artıq bəllidir. Qalır 4-cü komanda. 4-cü komanda ola bilər kubokdan çıxsın. Bu da var. Amma “Simurq”un şansı yüksəkdir. Ən asan yol kubokdan keçir. “Simurq” şansdan iki oyunu udmaqla istifadə edə bilər. Bu iki oyunla çəkdiyin bütün zəhmətin bəhrəsini görə bilərsən. Həmçinin “Qəbələ” də 4-cü yer uğrunda gərgin mübarizə aparır. Bir sözlə, hazırda çempionatda maraqlı anlar baş verir.

Yunis Hüseynov, “Xəzər Lənkəran”ın idman direktoru

“Avrokuboklara gedəcək 4-cü komanda haqqında sizə daha dəqiq mayda deyərəm (gülür). Çünki o vaxt hamısı bilinəcək. Şanslı komandalar liderlər qrupundadır. Amma onu deyim ki, çempionatın səviyyəsi əvvəlki illərlə nisbətdə aşağı düşüb. Bilirsiz ki, çempionata rəng qatan komandalardan biri də “Xəzər Lənkəran” idi. Biz də hazırda gənclərə şans vermişik. Amma gələn ildən inşallah öz iddiamızı ortaya qoyacağıq.

Avrokuboklara gedəcək 4-cü komanda kimi “Simurq”un şansı daha çoxdur. Oyun baxımdan daha üstündür. Başqa komandalar haqda nə isə fikrim yoxdur. Amma hər bir komandaya uğurlar arzu edirik”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR