Cüdoçuların narazılığı reytinqdə də əksini tapdı
Bizi izləyin

İdman

Cüdoçuların narazılığı reytinqdə də əksini tapdı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, son vaxtlar yalnız narazılıqla gündəmə gələn Azərbaycan millisinin aparıcı idmançılarından yeni reytinq siyahısında irəliləyən olmayıb.

Belə ki, Orxan Səfərov (60 kq), Elxan Məmmədov (100 kq) 4-cü, Elmar Qasımov (100 kq) 5-ci, Rüstəm Orucov (73 kq) 9-cu, İlqar Müşkiyev (60 kq) 10-cu, Nicat Şıxəlizadə 13-cü, Tərlan Kərimov (hər ikisi 66 kq) isə 43-cü pillədəki mövqeyində qalıb. Şahin Qəhrəmanov (90 kq) bir, Məhəmmədəli Mehdiyev (81 kq), Tural Səfquliyev (81 kq), Uşanqi Kokauri (+100 kq) və Kifayət Qasımova (57 kq) hərəyə iki rəqibini özündən irəli buraxıb. Sözügedən idmançılar müvafiq olaraq, 30-cu, 54-cü, 75-ci, 40-cı və 27-ci yerə eniblər.

Cüdoda olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm