Görəsən, bu gün bizi hansı “tamaşa” gözləyir?
Bizi izləyin

İdman

Görəsən, bu gün bizi hansı “tamaşa” gözləyir?

Futbol həvəskarları Çempionlar Liqasının pley-off mərhələsində maraqlı oyunlar izləməyə alışıb. Bu gün 1/4 finala son iki vəsiqə sahibinə qovuşacaq. Odur ki, azarkeşlərin bir-birinə verdiyi sualı normal qarşılamaq olar: Görəsən, bu gün bizi hansı “tamaşa” gözləyir?

Publika.az xəbər verir ki, Dortmundda “Borussiya” İtaliya çempionu “Yuventus”u qəbul edəcək. “Nou Kamp”da isə “Barselona” - “Mançester Siti” oyunu baş tutacaq.

Dortmundda final fiti kimi sevindirəcək?

İlk matçda "Borussiya"nı evdə kiçik hesabla məğlub edən "Yuventus"un səfərdə işi çətin olacaq. Belə ki, "qoca sinyora"nın evdə qol buraxması işləri korlaya bilər. Hazırda A seriyasında işləri qaydasında gedən "Yuve" almanlarla oyuna yaxşı köklənib. Dortmundlular da Bundesliqada son vaxtlar sabit oyun sərgiləməkdədir. Belə ki, qış fasiləsindən sonra yerli çempionatda aşkar autsayder olan "sarı-qaralar" ardıcıl uğurlu oyunlardan sonra vəziyyətini nisbətən düzəldərək 10-cu pilləyə qədər irəliləyib. İstənilən halda, bizi maraqlı oyun gözləyir.

Dortmundlular qapısını toxunulmaz saxlamaqla bir qol vuracağı halda növbəti mərhələyə adlayacaq. "Yuve"yə isə istənilən hesablı heç-heçə və 0:1-lə 1:2-dən başqa, istənilən hesablı bir top fərqli məğlubiyyət sərf edir.

“Nou Kamp”da hücum futbolu izləyəcəyikmi?

Digər oyunda "Barselona" "Mançester Siti"ni qəbul edəcək. İlk oyunda səfərdə Luis Suaresin dublu ilə 2:1 hesablı qələbə qazanan katalonlar 1/4-ə xeyli yaxındı. "Barsa"nın son həftələrdə La Liqada da işləri qaydasında gedir. Belə ki, katalonlar əzəli rəqibi "Real"ın ardıcıl xal itkilərindən istifadə edərək La Liqada zirvəni ələ keçirib. "Şəhərlilər" isə Premyer Liqanın son turunda heç kimin gözləmədiyi halda autsayder "Bernli"yə məğlub oldu.

"Nou Kamp"dakı matçda ingilislərin çilili baş məşqçisi Manuel Pelleqrininin hansı taktikanı seçəcəyi maraq doğurur. İlk oyundakı nəticədən sonra mançesterlilər hücum futbolu sərgiləməyə məcburdur. "Nou Kamp"da hücum isə ölümə bərabərdir.

Çempionlar Liqası, 1/8 final, cavab oyunları

18 mart

23:45 Barselona (İspaniya) - Mançester Siti (İngiltərə)

İlk oyun - 2:1

Stadion: "Nou Kamp".

TV: Az.TV, NTV+futbol 1, NTV+sport plyus (Rusiya).

Baş hakim: Canluka Rokki (İtaliya).

Aralarındakı oyun: +3=0-0, top fərqi – 6:2.

Cəzalı: Klişi (Mançester Siti).

Zədəli: Buskets, Vermalen (hər ikisi – “Barselona”).

Optimal heyətlər

Barselona: Ter Şteqen - Alves, Pike, Maskerano, Alba - Xavi, Rakitiç, İnyesta - Suares, Messi, Neymar.

Mançester Siti: Hart - Sabaleta, Kompani, Demikelis, Kolarov - Fernando, Fernandinyo - Milner, Ture, Silva - Aquero.

23:45 Borussiya D (Almaniya) – Yuventus (İtaliya)

İlk oyun – 1:2

Stadion: "BVB Ştadion".

TV: İdman Azərbaycan, NTV+futbol 2 (Rusiya).

Baş hakim: Milorad Maziç (Serbiya).

Aralarındakı oyun: +2=1-5, top fərqi - 11:17.

Zədəli: Qrosskroyts, Pişek, Nuri Şahin (şübhəli), Qinter (şübhəli) - Asamoa, De Çelye, Kaseres, Pirlo, Romulo, Storaro.

Optimal heyətlər

Borussiya D: Vaydenfeller - Kirx, Subotiç, Hummels, Şmeltser - S.Bender, Gündoğan - Blaşikovski, Kampl, Roys - Obameyanq.

Yuventus: Buffon - Lixtştayner, Bonuççi, Kyellini, Evra - Markizio, Poqba, Vidal – Pereyra - Teves, Morata.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm