• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“İlk altılığ”a düşən Avropa Oyunlarına vəsiqəni təmin edəcək”

  • İdman
  • 18 Mart 2015 18:25
  • 323 Baxış
“İlk altılığ”a düşən Avropa Oyunlarına vəsiqəni təmin edəcək”

Xəbər verdiyimiz kimi, karate üzrə milli komandamız Novruz bayramı günlərində - martın 19-22-də İstanbulda keçiriləcək 50-ci Avropa çempionatında iştirak edəcək. Demək olar ki, hər il ölkəyə medalla qayıdan idmançılarımıza ümid böyükdür.

Qitə yarışında ölkəmizi təmsil edəcək karateçilərdən biri olan tanınmış idmançı, dünya çempionu Şahin Atamov Publika.az-a açıqlamasında yarışlara yaxşı hazırlaşdıqlarını, medala ümidli olduqlarını dedi:

“Biz artıq Türkiyədəyik. Burada da məşqlərə davam edirəm. 50-ci Avropa çempionatında 5 rəqiblə görüşəcəm. Döyüşə sabah çıxacam. Bildiyiniz kimi Azərbaycandan bu yarışda şəxsi kateqoriyada hamı iştirak edəcək. Növbəti gün isə komanda döyüşlərində vuruşacağıq. Ümid edirəm ki, vətənə yaxşı nəticə ilə qayıdarıq. Mən +84 kq çəki dərəcəsində çıxış edirəm. Keçən il Avropa çempionatında finalçı oldum. Çalışacam ki, ən azından bu il də həmin nəticəni tamamlayım”.

Ş.Atamov Avropa Oyunlarına hazırlıqları barədə də danışdı:

“İlk Avropa Oyunlarına hazırlığımız davam edir. Məşqlərdə bütün gücümüzü qoyuruq. Elə bu çempionatda “ilk 6-lığ”a düşən Avropa Oyunlarına vəsiqəni təmin edəcək”.

İdmançılarımız bir həftə sonra vətənə dönəcəklər.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR