"Qarabağ" və "Qəbələ" qalib gəldi
Bizi izləyin

İdman

"Qarabağ" və "Qəbələ" qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, "Bakı" doğma meydanda "Simurq"u qəbul edib. Paytaxtın autsayder klubu bu dəfə də məğlub olub - 0:3.

“Qarabağ” “Sumqayıt”ın qonağı olub. Ağdam təmsilçisi Reynaldonun dublu sayəsində qələbə qazanıb - 1:2.

Son vaxtlar baxımlı oyun sərgiləyən AZAL “Xəzər Lənkəran”ı sınağa çəkib. Oyunda hesabı qonaqlar açsa da, "təyyarəçilər" toparlanaraq rəqib qapısından 3 top keçirə biliblər - 3:1.

“İnter” isə “Qəbələ”ni qəbul edib. Qonaqlar səfərdə özlərini qonaq kimi aparmayıblar. Belə ki, hesabı "Qəbələ"nin heyətində Aleksey Qay açıb.

74-cü dəqiqədə Aleksandr Amisulaşvili hesabı bərabərləşdirsə də, əsas vaxta əlavə olunmuş dəqiqələrdə Ruslan Abışov son nöqtəni qoyub - 1:2.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm