Güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
Bizi izləyin

İdman

Güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək

24-29 mart aralığında Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.

Publika.az xəbər verir ki, yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək. İlk dəfə keçiriləcək U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaq.

Çempionatda ilk olaraq sərbəst güləşçilər mübarizə aparacaq. Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Polşaya Mircəlal Həsənzadə (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Murad Süleymanov (70 kq), Məhəmmədhacı Muxutov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Əli Maqomedabirov (125 kq) yollanacaq.

Martın 26-27-də çempionatda qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 7 güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Patimat Baqomedova (48 kq), Solmaz Həşimzadə (53 kq), Alyona Kolesnik (55 kq), Elmira Qəmbərova (63 kq), Elis Monolova (69 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edəcək.

Avropa çempionatının son iki günündə mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaq. Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionatda Eldəniz Əzizli (59 kq), Rövşən Tağıyev (66 kq), Ceyhun Əliyev (71 kq), Fuad Əliyev (75 kq), Tural Daşdəmirov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nərəziani (130 kq) yarışacaq.

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm