“Beşiktaş”, “İnter” və “Ayaks”ın qisas arzusu
Bizi izləyin

İdman

“Beşiktaş”, “İnter” və “Ayaks”ın qisas arzusu

Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək. Səkkiz oyunla 1/4 finalçıların adına aydınlıq gələcək.

Publika.az xəbər verir ki, günün ilk qarşılaşması Rusiyada oynanılacaq. Moskva “Dinamo”su “Napoli”ni qəbul edəcək. İlk oyunda rəqibinə 1:3 hesabı ilə uduzan paytaxt klubu mərhələ adlamaq üçün bugünkü görüşdə ən azı iki cavabsız qolla qalib gəlməlidir.

Digər Rusiya klubu "Zenit" "Torino"nun qonağı olacaq. Peterburqdakı ilk görüş “Zenit”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

1/16 finalda "Liverpul"u mübarizədən kənarlaşdıran "Beşiktaş" doğma meydanda "Brügge" ilə qarşılaşacaq. İstanbul təmsilçisi ilk görüşdəki məğlubiyyətin (1:2) əvəzini çıxmağa çalışacaq.

Qrup mərhələsində böyük ajiotaj yaradan "Qarabağ"la oyunun iştirakçısı "İnter" öz meydanında "Volfsburq"u sınağa çəkəcək. İlk oyun Almaniya klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İtalyan, ispan qarşıdurmalarının ikinci pərdəsi də maraqla gözlənilir.

Avropa Liqası, 1/8 final, cavab oyunları

19 mart

21:00 Dinamo M (Rusiya) - Napoli (İtaliya)

İlk oyun – 1:3

22:00 Roma (İtaliya) - Fiorentina (İtaliya)

İlk oyun - 1:1

22:00 Dinamo K (Ukrayna) – Everton (İngiltərə)

İlk oyun – 1:2

00:05 Ayaks (Hollandiya) - Dnepr (Ukrayna)

İlk oyun – 0:1

00:05 Beşiktaş (Türkiyə) - Brügge (Belçika)

İlk oyun – 1:2

00:05 İnter (İtaliya) - Volfsburq (Almaniya)

İlk oyun – 1:3

00:05 Sevilya (İspaniya) - Vilyarreal (İspaniya)

İlk oyun – 3:1

00:05 Torino (İtaliya) - Zenit (Rusiya)

İlk oyun – 0:2

Oxumağa davam et
Reklam
Reklam

Gündəm