İdman
Heyət açıqlandı – Prosineçki “Neftçi”ni “ofsayd”a saldı
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Malta yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Publika.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki millimizdəki rəsmi debüt oyunu üçün 24 futbolçuya dəvət göndərib. Maraqlıdır ki, həmin oyunçular arasında “Neftçi”dən bir nəfər belə yoxdur.
Qapıçılar: Kamran Ağayev (“Kayserispor”, Türkiyə), Səlahət Ağayev (“İnter”), Andrey Popoviç (“Sumqayıt");
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Ruslan Abışov (“Qəbələ”), Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov (hər ikisi “İnter”), Mahir Şükürov (“Karşıyaka”, Türkiyə);
Yarımmüdafiəçilər: Qara Qarayev, Namiq Ələsgərov, Cavid Tağıyev (hamısı “Qarabağ”), Cavid Hüseynov (“Qəbələ”), Əfran İsmayılov, Coşqun Diniyev, Elvin Məmmədov (hamısı “İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya);
Hücumçular: Eddi İsrafilov (“Qranada”, İspaniya), Ruslan Qurbanov (“Hayduk”, Xorvatiya), Məhəmməd Qurbanov (“Sumqayıt”), Vaqif Cavadov (“Boluspor”, Türkiyə), Vüqar Nadirov (“Qarabağ”).
Martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq Azərbaycan və Malta milli komandalarının məşq cədvəli və baş məşqçilərin mətbuat konfranslarının vaxtı da məlumdur:
Məşq cədvəlləri
Azərbaycan milli komandası
25 mart, saat 15:45
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Mətbuat və azarkeşlər üçün ilk 15 dəqiqəsi açıq məşq
(3 futbolçudan müsahibə)
27 mart, saat 20:30
Tofiq Bəhramov adına Respublika stadionu
Baş məşqçinin mətbuat konfransı
27 mart, saat 21:00
Tofiq Bəhramov adına Respublika stadionu
Mətbuat və azarkeşlər üçün ilk 15 dəqiqəsi açıq məşq
Malta milli komandası
27 mart, saat 10:00
Tofiq Bəhramov adına Respublika stadionu
Mətbuat və azarkeşlər üçün ilk 15 dəqiqəsi açıq məşq
27 mart, saat 11:30
Tofiq Bəhramov adına Respublika stadionu
Baş məşqçinin mətbuat konfransı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?