İdman
Futzalçılarımız Danimarka millisini darmadağın etdi
Martın 19-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində futzal
üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin növbəti oyununda
Azərbaycan və Danimarka milli komandaları qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan milli
komandası 11:2 hesabı ilə qələbə qazanıb. Oyunda yığmamızın
qollarını Rəcəb Fərəczadə, Vitali Borisov, Amadeu, Auqusto, Rizvan
Fərzəliyev, Fineo De Araujo (2), Ramiz Çovdarov (2) və İsa Atayev
(2) vurublar. Rəqib komandanın heyətində isə Jakob Jensen və Mads
Jensen fərqləniblər.
Azərbaycan millisinin mübarizə apardığı dördüncü qrupun bu gün
keçirilən digər oyununda isə Ukrayna yığması Belçika komandasına
9:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qrupun ilk oyununda Belçika kollektivini 3:1 hesabı
ilə məğlub edən komandamız qrup birinciliyi uğrunda həlledici
görüşdə martın 21-də Ukrayna seçməsi ilə qarşılaşacaq.
Qrupu ilk pillədə başa vuran komanda 2016-cı ildə Serbiyada təşkil
olunacaq Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə
qazanacaq.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu