• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Futbol və mafiya

  • İdman
  • 20 Mart 2015 15:48
  • 545 Baxış
Futbol və mafiya

Kriminal dünyanın ən çox marağında olan sahələrdən biri də futboldur. Məsələ ondadır ki, bu bazara girmək çox asandır. Heç kim səndən pulun mənbəyini soruşmur. Çirkli pulların yuyulması üçün bundan əla mühit ola bilməz.

Ötən əsrin 90-cı illəriylə müqayisədə futbol sektoru dəfələrlə genişlənib. Rəsmi statistikaya görə, dünyada 38 milyon futbolçu var. Bura oyunları idarə edən 5 milyonluq hakim komandasını da əlavə etmək lazımdır. Milyard dollarlıq büdcəsi olan futbol biznesi kriminal dünyanın diqqətindən kənarda qala bilərdimi? Əsla yox.

Futbol biznesinə qoşulan adi avtoritetin belə sosial statusu o saat dəyişir. Necə deyərlər, bu, “yuxarı eşalona bilet almaq” kimi bir şeydir. İnsan kriminal avtoritetdən az bir zamanda tanınmış məşhura çevrilir. Həm pul qazanır, həm çirkli pulları yuyur, həm də hakimiyyət strukturlarında olan şəxslərlə yaxın əlaqələr qurur.

Beynəlxalq maliyyə təşkilatı olan GAFİ-nin məlumatına görə, mafiya daha çox İngiltərə, İtaliya, Almaniya, Braziliya, Argentina çempionatlarında “çirkli pulları yuyur”.

Pulların mənşəyini gizlətmək, yaxud yumaq bu biznesdə çox asandır. Məsələn, populyar klublar orta hesabla hər oyuna 70 min bilet satır. Ancaq bu rəqəm, adətən, şişirdilir. Əgər 70 əvəzinə 80 min yazılırsa, bunun doğru olub-olmadığını kimsə yoxlamır. Arada qalan 10 min fərq, yəni 10 min biletin qiyməti kirli pulun yuyulmasına şərait yaradır.

Futbolçuların alınıb-satılmasında iştirak edən çoxsaylı menecerlərin də mafiya ilə əlaqələri var.

Argentinalı oyunçu Karles Tevesin keçidlərinə nəzər salsaq, maraqlı nüanslar ortaya çıxır. Teves əvvəlcə “Korintias” klubunda çıxış edirdi. Sonra İngiltərənin “West Ham” klubuna, daha sonra “Mançester Yunayted”ə keçdi. Hər keçiddə milyonluq müqavilələr bağlandı. Sonda Karlos 30 milyon avro müqabilində “Mançester Siti” klubunda peyda oldu. Braziliya hüquq-mühafizə orqanları futbolçunun şübhəli keçidlərini araşdırmağa başladı. Məlum oldu ki, Karlos Tevesin əsl sahibi, onun bütün müqavilələrinin arxasında duran şəxs məşhur rus milyarder Boris Berezovskidir. “Mançester Siti” isə həmin vaxt korrupsiyaya görə hazırda həbsdə yatan Tailandın keşmiş baş naziri Taksin Sinavatranın nəzarətində idi. Təkcə Tevesin keçidi zamanı transfer adı ilə xeyli çirkli pul yuyulmuşdu.

Gafi-nin hesabatında qeyd olunur ki, futbol biznesi kriminal aləm üçün münbit yerdir. Bu biznes altında vergidən yayınmaq, maxinasiyalar etmək çətin deyil. Əsas maxinasiyalar isə klubların istirahətə yollandığı və transfer bazarının açıldığı zaman olur. İstər böyük, istərsə də kiçik liqalarda heç nə ilə yadda qalmayan, xüsusi seçilməyən belə futbolçuların şıdırğı alqı-satqısı baş tutur.

Eyni zamanda, futbol mafiyasının əsas gəliri oyun alqı- satqısı ilə bağlıdır. İri bukmeyker şirkətləri ilə danışıqlara gedən mafiya liderləri oyunların nəticəsini əvvəlcədən razılaşdırmaqla külli-miqdarda irəli düşürlər. Bu işdə hakimlərdən də istifadə halları geniş yayılıb.

Danışılmış oyunlara, əsasən, İtaliya və Türkiyə futbolunda rast gəlinir.

Ara-sıra belə halların üstü açılsa da, mafiya öz işindədir.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR