"Orada məni cənnət gözləyir" - Lui van Qal
Bizi izləyin

İdman

"Orada məni cənnət gözləyir" - Lui van Qal

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal gələcək karyerasıyla bağlı İngiltərə mətbuatına danışıb.

Hollandiyalı çalışdırıcı "qırmızı şeytanlar"ın onun karyerasında son klub olduğunu deyib:

"Artıq yaşlanmışam. Yəqin ki, "Mançester Yunayted" karyeramda son klub olacaq. Beş ildi ki, həyat yoldaşım təqaüdə çıxmağımla bağlı israr edir. "Mançester Yunayted"lə müqaviləm bitdikdən sonra karyeramı bitirərək Portuqaliyadakı evimdə yaşayacam. Orda məni cənnət gözləyir. Məşqçilik karyeramı bitirdikdən sonra çoxlu qolf oynamaq və fərqli yeməklər dadmaq istəyirəm".

63 yaşlı çalışdırıcı hazırkı klubunu da tərifləyib:

"Mövsümün əvvəlində Amerikada bir neçə nəhəng klubun da olduğu turnirə qatılmışdıq. Orda oynadığımız beş oyunda matçlarımıza 300 minə yaxın azarkeş gəldi. Oyunumuza gələn tamaşaçılardan təxminən 280 mini "Mançester Yunayted" formasında idi. Onda necə möhtəşəm bir klubda çalışdığımı anladım".

Van Qalın "Mançester Yunayted"lə müqavilə müddəti 2017-ci ilin yayında bitəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm