Hafkanın klubunda istefa
Bizi izləyin

İdman

Hafkanın klubunda istefa

“Bakı” klubunun icraçı direktoru vəzifəsindən istefa verən Yaşar Seyidov danışıb.

Axar.az xəbər verir ki, o, Hafkanın klubundan gedişi haqda qısa açıqlama verib. Qol.az saytının müxbiri ilə söhbətində “Bakı”dan gedişinin səbəblərindən danışmaq istəməyib, Y.Seyidov yalnız bunları deyib:

“Həyatımı “Bakı”ya vermişəm. Bu klubun uğuru üçün mümkün olan hər şeyi etmişəm. Klubda olan hər kəsə uğurlar arzu edirəm”.

Y.Seyidov bundan sonra harada işləyəcəyi haqda suala da cavab verməyib.

Qeyd edək ki, Y.Seyidovun istefası martın 18-də klub prezidenti Hafiz Məmmədov tərəfindən qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm