İdman
Məşhur müğənnilərimiz Avropada biabır oldular
Azərbaycanlı müğənnilər Natəvan Həbibi, Səidə Sultan və
Elnur Almaniyada Novruz şənliyinə qatılıblar.
Şənlikdən sonra müğənnilər Kanal Avropa Duisburg kanalında
yayımlanan "Ersoy show" verilişinə dəvət alıblar. Məqsəd isə Bakıda
keçiriləcək ilk Avropa Oyunları ərəfəsində Azərbaycanı Avropada
daha da geniş şəkildə tanıtmaq, təbliğ etmək olub.
Müğənnilərimiz dünən verilişdə iştirak etmək üçün razılıq veriblər
və proqramın anonsları yayılıb ki, Azərbaycandan çox tanınmış
müğənnilər gələcək. Hətta 2 saatlıq verilişin müddəti 3 saata qədər
artırılıb ki, Azərbaycan Avropada geniş şəkildə təbliğ olunsun.
Lakin proqramın başlamasına 2 saat qalmış müğənnilər gələ
bilməyəcəklərini söyləyiblər.
Natəvan Həbibi və digər müğənnilər buna heç bir səbəb
gətirməyiblər. Maraqlısı burasındadır ki, Azərbaycanı Avropada
tanıtmaq imkanı yaranmışkən müğənnilərimiz niyə bundan istifadə
etməyiblər. Özü də Bakıda ilk dəfə keçiriləcək Avropa Oyunları
ərəfəsində. Bəlkə, bu, onlara maraqlı deyil?
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik