Millimizin oyunçusu Almaniyadakı klubunda qələbə qazandı
Bizi izləyin

İdman

Millimizin oyunçusu Almaniyadakı klubunda qələbə qazandı

Almaniya II Bundesliqasında 26-cı turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, yığmamızın üzvü Tuğrul Eratın komandası "Fortuna" təsnifat turunda "Darmstadt"la oynayıb. Hər iki hissədə bir qol vuran "Fortuna" qarşılaşmadan 2:0 hesablı qalibiyyətlə ayrılıb.

Düsseldorf klubunun heyətində hər iki qolu Venşop (44, 66) vurub. Milliləşdirilmiş futbolçumuz 69-cu dəqiqədə komanda yoldaşı Bebounu əvəzləyib və son 21 dəqiqəni meydanda keçirib. Qeyd edək ki, bu qələbədən sonra "Fortuna" xallarının sayını 39-a çatdırıb və turnir cədvəlində 5-ci pilləyə yüksəlib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm