"Qəbələ” Hollandiyaya səfərə yollanır
Bizi izləyin

İdman

"Qəbələ” Hollandiyaya səfərə yollanır

"Qəbələ"nin 14 yaşlılardan ibarət komandası Hollandiyaya səfərə yollanır.

Publika.az klubun rəsmi saytına istinadən məlumatına görə, martın 23-dən başlayaraq 30-dək davam edəcək səfərlə bağlı planlar genişdir.

Xaqani Məmmədovun başçılıq etdiyi kollektiv “Zanbaqlar ölkəsi”ndə həm hazırlıq kecəcək, həm də yerli komandalarla qüvvəsini sınamaqla təcrübə toplayacaq.

Səfərin əsas məqsədi isə “Tekstel Cup” adlanan və əsasən, Hollandiya komandalarının iştirakı ilə təşkil olunacaq ənənəvi turnirdə çıxış etməkdir. Səkkiz komandanın mübarizə aparacağı və 2 gün davam edəcək yarışda “Qəbələ”li futbolçular Hollandiyanın məşhur “Feyenoord”, “Alkmaar”, “Qroningen” klublarından olan yaşıdları ilə qarşılaşacaqlar. Turnir Hollandiyada 14 yaşlılar arasında keçirilən çempionatda yaranmış fasiləyə təsadüf etdiyindən, məqsəd də futbolçularda oyun praktikasını artırmaqdır.

Lakin “Qəbələ” futbolçuları turnirdən əvvəl Hollandiyanın ən böyük və tanınmış şəhərlərindən olan Rotterdamda bir yoldaşlıq oyunu keçirəcəklər. Xaqani Məmmədov və komandası “Feyenoord”- un müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının hollandiyalı direktoru Stenli Brard da komanda ilə birgə səfər edəcək.

Əlavə edək ki, “Qəbələ” Futbol Akademiyasının daha 3 komandasının aprel ayında xarici ölkələrə səfərləri gözlənilir. “Qəbələ” U-12 komandası Türkiyədə keçiriləcək “U-12 İzmir Kuboku”nda, 13 yaşlılar ənənəvi “VI Manavqat” turnirində, U-17 komandası isə İtaliyada keçiriləcək Borqaro turnirində çıxış edəcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm