• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Bakı-2015" üçün su polosu püşkatması

  • İdman
  • 23 Mart 2015 21:31
  • 356 Baxış
"Bakı-2015" üçün su polosu püşkatması

Avropa Üzgüçülük Federasiyasının Lüksemburqdakı iqamətgahında “Bakı-2015” Avropa Oyunlarında su polosu yarışlarının püşkü atılıb.

Trend-in yaydığı xəbərə görə, püşkün nəticəsinə əsasən, 16 kişi komandası 4, 12 qadın yığması 2 qrupda mübarizə aparacaq.

Püşkatmaya görə, kişilərdən ibarət Azərbaycan millisi “B” qrupunda Macarıstan, Almaniya və Rumıniya kollektivləri ilə qarşılaşacaq. “A” qrupunda İtaliya, Rusiya, Fransa, Ukrayna, “C” qrupunda Monteneqro, Xorvatiya, Yunanıstan, Türkiyə, “D” qrupunda isə Serbiya, İspaniya, Slovakiya və Malta yığmaları üz-üzə gələcək.

Qadınların mübarizəsində isə Azərbaycan təmsilçisi mübarizə aparamayacaq. Yunanıstan, Hollandiya, Macarıstan, Almaniya, İsrail, Böyük Britaniya millisi yarışın “A” qrupunda, İspaniya, İtaliya, Rusiya, Slovakiya, Fransa və Serbiya yığması isə “B” qrupunda birincilik uğrunda mübarizə aparacaq.

Reqlamentə əsasən qrupda ilk yeri tutacaq komandalar birbaşa mərhələ adlayacaq. İkinci və üçüncü yeri tutacaq komandalar isə pley-off-da yarışacaqlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR