Hyustonda Novruz bayramı
Bizi izləyin

İdman

Hyustonda Novruz bayramı

ABŞ-ın Hyuston şəhərindəki Azərbaycan Mərkəzi Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil edib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, Mərkəz “Hyuston azərbaycanlıları” Assosiasiyasının və ABŞ Azərbaycanlıları Şəbəkəsinin dəstəyi ilə martın 15-də Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “sürətli şahmat” üzrə ikinci ənənəvi turnir keçirib. Turnirdə Hyustonun Azərbaycan icmasının üzvləri ilə bərabər, beş ölkənin nümayəndələri, habelə yerli şahmatsevərlər iştirak ediblər. “Center 64 Chess” klubunda keçirilən turnirin qaliblərinə təşkilatçılar tərəfindən mükafatlar təqdim olunub.

Azərbaycan Mərkəzi martın 18-də "Goldberg B’nai B’rith” ahıllar evinin sakinləri üçün azərbaycanlı müğənni Kamiyarın və pianoçu Nərgiz Ceffusun iştirakı ilə konsert təşkil edib.

Martın 20-də isə Mərkəzin təşkilatçılığı ilə ənənəvi qala-konsert keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm