• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kaka Messi və Ronaldonun bostanına “Qızıl top” “atdı”

  • İdman
  • 24 Mart 2015 19:34
  • 885 Baxış
Kaka Messi və Ronaldonun bostanına “Qızıl top” “atdı”

Hazırda MLS liqasında mübarizə aparan "Orlando Siti"nin şərəfini qoruyan braziliyalı futbolçu Kaka vaxtilə "Qızıl top" mükafatını qazandığına görə qürur duyduğunu deyib.

Publika.az xəbər verir ki, 32 yaşlı futbolçu bu mükafatı hazırda dünyanın ən güclü futbolçuları sayılan Kriştiano Ronaldo və Lionel Messini üstələyərək qazanmağını xüsusi vurğulayıb:

"2007-ci ildə "Qızıl top" mükafatını hazırda dünyanın ən güclülərindən sayılan Messi və Ronaldonu üstələyərək qazanmışdım. Həmin ildən sonra bu futbolçular növbəylə "Qızıl top"u qazandılar. Belə oyunçularla mübarizədə bu mükafatı qazanmağımla qürur duyuram. "Real"da Ronaldoyla bir yerdə oynamaq imkanı əldə etdim. Onu deməliyəm ki, ikimiz də bir-birimizdən çox şey öyrəndik. Hazırda da Ronaldo ilə dostluğumuz davam edir".

Kaka 2007-ci ildə "Milan"da oynayarkən bu mükafata layiq görülmüşdü. Həmin ili "Mançester Yunayted"də oynayan Ronaldo ikinci, Messi isə üçüncü olmuşdu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR