“İlin sonunadək baş məşqçi olmayacağam”
Bizi izləyin

İdman

“İlin sonunadək baş məşqçi olmayacağam”

Bu günlərdə futbol üzrə U -15 milli komandasının baş məçqçisi Aslan Kərimov postundan uzaqlaşdırıldı.

Keçmiş futbolçunun zənglə yığmaya futbolçu qəbul etdiyi iddiaları da ortaya atıldı. Ancaq A.Kərimov deyilənləri təkzib etdi və getməsini belə açıqladı: "İşlərimin də çox olmasını nəzərə alan AFFA məni baş məşqçi postundan azad etdi. Bu, o demək deyil ki, artıq heç vaxt yığmada olmayacam. Böyük ehtimalla ilin sonunadək baş məşqçi olmayacağam. Amma baş məşqçi köməkçisi kimi hansısa komandada çalışmağım mümkündür". Qeyd edək ki, hazırda bu postu heç kim tutmur. AFFA rəhbərliyi yaxın zamanda U – 15 - in yeni baş məşqçisinin kimliyinə aydınlıq gətirəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm