• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Braziliyalı futbolçunun cazibədar xanımı: “Qızımın vətəni Azərbaycandı”-FOTOLAR

  • İdman
  • 19 Fevral 2014 15:52
  • 1 384 Baxış
Braziliyalı futbolçunun cazibədar xanımı: “Qızımın vətəni Azərbaycandı”-FOTOLAR

“Neftçi”nin braziliyalı futbolçusu Denis Silvanın cazibədar xanımı Luana Rinaldini futbolinfo.az saytına verdiyi müsahibədə Azərbaycandakı həyatından danışıb. Publika.az həmin müsahibəni təqdim edir:

- Xeyli müddətdi Azərbaycanda yaşayırsız. Ölkəmiz haqqında nə deyə bilərsiz?

- Mən buranı çox sevirəm. Artıq 6 ildi ki, buradayam. Qızım burada dünyaya gəlib. Bura artıq bizim ikinci vətənimiz sayılır. Qızım burada dünyaya gəldiyi üçün onun vətəni elə buradı.

- Necə oldu ki, bura gəldiz? Denis Azərbaycanı seçərkən sizinlə söhbət etdi?

- Bura 6 il əvvəl gəlmişdim. Gələrkən Azərbaycan haqqında araşdırmalar apardıq. Sizin ölkənin müharibə şəraitində yaşadığını da bilirdik. Bu, çox pisdi. Müharibə insanlara xeyir gətirmir. Amma ölkəniz gözəldi. Xüsususən də paytaxt Bakı. Başqa bölgələrlə də tanışam. Gəzməli, görməli yerlər çoxdu. Azərbaycan gündən-günə inkişaf edir. Düşünürəm ki, 5-6 il sonra bura tamamilə Avropa kimi olacaq.

- Burada ən çox nəyi xoşlayırsız?

- Görün neçə ildi buradayam. Artıq Azərbaycanla bağlı hər şeyi öyrənmişəm. Məsələn, burada ət daha çox yeyilir. İndi biz də ətdən çox istifadə edirik.

- Denis ilk dəfə Azərbaycanda “Xəzər Lənkəran”da oynayıb. O günləri necə xatırlayırsız?

- Lənkəranda çox yorulurduq. Komanda Bakıya gəlirdi, Lənkərana gedirdi. Oradakı mədəniyyətə , şəhərə uyğunlaşmaqda çətinlik çəkirdim. Ümumiyyətlə, tanıdğım insanlarla əlaqədə də problem yaşayırdım.

- Bəs Denis “Xəzər Lənkəran”dan razı idi?

- Buna şərh vermək istəmirəm.

- Həyat yoldaşınız indi “Neftçi”də oynayır...

- Futbol dostluqdu. Azərbaycanda da inkişaf edir.

- Amma “Xəzər Lənkəran” və “Neftçi” barışmaz rəqiblərdi. Denis əvvəlcə “Xəzər Lənkəran”da oynadı, indi isə “Neftçi”də...

- Əslində futbol qardaşlıq oyunudu. Burada vəhşiliklərə, lazım olmayan şeylərə yer yoxdu. Bəzən stadionlarda olan vəhşiliklər məni kədərləndirir. Axı bütün bunlar nəyə lazımdı? Bunlar mənə xoş gəlmir. Denis peşəkar futbolçudu. O, bir gün bu komandada, başqa vaxt ayrı komandada oynaya bilər. Bu, normaldı. Həmçinin Denis “Xəzər Lənkəran”dan ayrılandan sonra Bakıya gəlməyimiz yaxşı oldu. Bizim uşağımız var idi. Onun üçün həm dil baxımından, həm də sağlamlığı baxımından paytaxt daha yaxşıdı. Çünki biz paytaxtda onu xəstəxanalara daha rahat apara bilirik.

- Azərbaycan və Braziliya arasında nə kimi fərqlər var?

- Fərqli mədəniyyətlərə malik ölkələrdi. Braziliya tamamilə fərqlidi. Qeyd edim ki, orada böyük cinayət dalğaları var. Azərbaycanda isə belə şeylər azdı. Ona görə də burada yaşamaq mənim üçün də, Denis üçün də, qızım üçün də yaxşıdı.

- Futbolumuz arasında nə fərq var? Niyə Azərbaycan futbolu Braziliya futbolu kimi güclü deyil?

- Braziliya futbolunun uzun tarixi var. Orada futbol çox sevilir və bu, çoxdan belədi. Zamanla Azərbaycanda da belə olacaq. Burada da futbolu çox sevəcəklər və uğurlar olacaq.

- “Neftçi” uduzanda Denisə necə dəstək verirsiz?

- “Neftçi” məğlub olanda Denis çox pis olur. Ona söz demək mümkün olmur. Evə gələndə həddən artıq üzgün görünür. Onlar meydanda məğlub olarkən mən tirbunadan onu izləyə bilmirəm. Çox kədərli oluram. Amma futbol belədi. Həmişə qələbə olmur. Məğlubiyyət də var, bərabərlik də, qələbə də. Bunu qəbul etmək lazımdı.

- Azərbaycan mətbəxi xoşunuza gəlir?

- Əlbəttə. Buranın yeməklərini çox xoşlayıram. Mənim anam da, nənəm də buranın yeməklərini xoşlayır. Burada düyüdən, ətdən və müxtəlif ədviyyatlardan istifadə olunur. Azərbaycan yeməklərini bişirməyi bacarıram. Bu, mənim çox xoşuma gəlir. Ümumiyyətlə, Azərbaycan mətbəxi dadlıdı.

- Azərbaycanda Lənkəran və Bakıdan başqa hansı bölgələrdə olmusuz?

- Mən Azərbaycanın bölgələrində olmuşam. Amma adları yadımda qalmayıb. Məsələn, Sumqayıtda olmuşam. Yayda Mərdəkana getmək çox xoşuma gəlir. Orada yaxşı çimərliklər var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR