"Prosineçki düz deyir" – Kamran Ağayev
Bizi izləyin

İdman

"Prosineçki düz deyir" – Kamran Ağayev

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları Malta ilə oyunöncəsi jurnalistlərin suallarını cavablandırıb.

Qol.Az-ın məlumatına görə, K.Ağayev Malta ilə oyunda qələbə qazanmağa borclu olduqlarını bildirib.

- Malta ilə oyuna hazırlıqlar necə gedir?

- Malta yığması zəif rəqib deyil. Amma biz onlardan geri qalmırıq. Hətta üstün tərəflərimiz də çoxdur. Artıq heç bir komandaya zəif rəqib kimi baxmırıq. Malta da bizimlə eyni səviyyədədir. Meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq. Öz meydanımızda qazanacağımız qələbə ilə xalqımızı sevindirməyə çalışacağıq.

- Müsahibələrin birində zədəli olduğunu və ağrılar hiss etdiyini bildirmişdin. Hazırda vəziyyətin necədir?

- İndi hər şey yaxşıdır. Heç bir problemim yoxdur və oyuna hazıram.

- Səlahət Ağayev səhhətində yaranmış problem səbəbindən millidən kənarda qaldı. Əsas heyətdə yer almaq baxımından bunu sənin üçün fürsət saymaq olarmı?

- Əsas heyətdə kimin oynayıb-oynamayacağına baş məşqçi qərar verir. Milli komandanın əsas heyətində kim oyanayacağını əvvəlcədən bilmək olmur. Səlahətin xəstələnməsi yaxşı hal deyil. Belə olmasını istəməzdim. Amma həyatda belə şeylər olur. Əvəzolunmayan futbolçu yoxdur. Meydana kimin çıxması önəmli deyil. Əsas odur ki, Azərbaycan yığması qalib gəlsin.

- Baş məşqçi Robert Prosineçki mətbuata açıqlamasında onun üçün bir nömrənin Səlahət Ağayev olduğunu deyib...

- Düz deyir. Bu, onun fikridir.

- Komandamız yoxlama görüşündə Maltaya 3:0 hesabı ilə qalib gəlib...

- Həmin oyun artıq geridə qalıb. Keçmişdə nələr baş verdiyi önəmli deyil. Milli komandaya futbolçunun hazırkı vəziyyəti lazımdır.

- Azarkeşlərə qələbə sözü verə bilərsən?

- Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Söz verməsək də, ümid edirik. Əslində Maltanı məğlub etməliyik. Qələbə qazana bilməsək, gülməli olacaq. Malta millisinə məğlubiyyət mənim üçün faciə sayılacaq. Rusiya və Şimali İrlandiya kimi yığmalardan xal ala biliriksə, Maltanı məğlub etməyə borcluyuq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm