• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Füzuli Musayev qalibləri mükafatlandırdı

  • İdman
  • 19 Fevral 2014 16:28
  • 2 195 Baxış
Füzuli Musayev qalibləri mükafatlandırdı

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubu fevralın18-19-unda nəzərdə tutulan daşqaldırma çempionatı NazirliyinTikintidəTəhlükəsizl iyə Nəzarət Dövlət Aqentliyində keçirib.

Publika.Az-ın Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun mətbuat xidmətindən aldığı məlumata görə, yarışda FHN-nin 22 müxtəlif qurumu və onun 100-dən artıq nümayəndəsi yarışların proqramına uyğun olaraq, 24 kq-lıq daşlarla öz gücünü 60, 65, 70, 80, 90 və 90 kq-dan yuxarı çəki dərəcəsində sınayıb.

Hər təkan 24 kq-lıq daşlarla icra edilib və 2 xalla qiymətləndirilib. Öncə birdən qaldırma, sonra təkan çalışmaları yerinə yetirilib.

Gərgin mübarizə şəraitində keçən yarışa beynəlxalq dərəcəli hakim Azad Mustafayev və Respublika dərəcəli hakim Vaqif Hüseynov hakimlik edib. Eyni zamanda iştirakçılar həkim personalının nəzarətində olub.

Komanda və şəxsi birincilik üzrə qaliblər müəyyən olunduqdan sonra mükafatlandırılma mərasimi keçirilib.

60 kq-lıq çəkidə

1-ci yer Orxan İsgəndərov (DYMX)

2-ci yer Rəşad Şirinov (MMQ)

3-cü yer Səmədli Siruz (XRXX)

65kq-lıq çəkidə

1-ci yer Samir Quliyev (Cənub Regional Mərkəzi)

2-ci yer Vüsal Orucov (DYMX)

3-cü yer Elmar Heybətov (DSXX)

70kq-lıq çəkidə

1-ci yer İslam Əkbərov (FHN-nin Akademiyası)

2-ci yer Hüseyn Quluzadə (DYMX)

3-cü yer Vüsal Əsədov (Qarabağ Regional Mərkəzi)

80 kq-lıq çəkidə

1-ci yer Mətləb Məmmədov (MMQ)

2-ci yer Zeynal Zeynalov (Aran Regional Mərkəzi)

3-cü yer Qasım Əzimov (DYMX)

90 kq-lıq çəkidə

1-ci yer Bəhruz Aslanov (Gəncə Regional Mərkəzi)

2-ci yer Məhərrəm Məcidov (DYMX)

90 kq-dan yuxarı çəkidə

1-ci yer Mail Əliyev (MMQ)

2-ci yer Ədalət Qasımov (DYMX)

3-cü yer Rəfael Şirəliyev (Şimal Regional Mərkəzi)
İdman Sağlamlıq Klubunun rəisi, polkovnik

Füzuli Musayev iştirakçıların mükafatlarını təqdim edib.

Komanda şəklində isə 1-ci yerə Dövlət Yanğından Xilasetmə Xidməti, 2-ci yerə Mülkü Müdafiə Qoşunları, 3-cü yerə isə Fövqəladə Hallar Nazirliyinin Akademiyası layiq görülüb.

Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Eyni zamanda, hakimlər və həkim personalına fəxri fərmanlar təqdim edilib.

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR