Güləşçimiz Avropa çempionu oldu - FOTO
Bizi izləyin

İdman

Güləşçimiz Avropa çempionu oldu - FOTO

Güləşçimiz Alyona Kolesnik U-23 AÇ-2015-də qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Publika.az-a verilən məlumata görə, Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Yığmamız 3 çəki dərəcəsində təmsil olunub.

Ölkəmizi 55 kq çəki dərəcəsində təmsil edən Alyona Kolesnik Estoniya, İsveçrə və Belarusdan olan rəqiblərini üstələyərək finala yüksəlib. Final görüşündə onun rəqibi Bolqarıstan idmançısı olub. Rəqibinə heç bir şans verməyən təmsilçimiz vaxtından əvvəl təmiz qələbə qazanaraq U-23 Avropa çempionatının qızıl medalına sahib olub.

48 kq
1/8 final - Nadejda Fedorova (RUS) - Patimat Baqomedova 10:0
Təsəlliverici görüş - Patimat Baqomedova - Vanesa Kaladzinskaya (BLR) 2:5

55 kq
1/8 final - Alyona Kolesnik - Anastasiya Krasnova (EST) 2:0 (təmiz qələbə)
1/4 final - Natali Rieser ((SUI) - Alyona Kolesnik 0:11
1/2 final - Alyona Kolesnik - Zalina Sidakova (BLR) 8:4
FİNAL - Evelina Nikolova (BUL) - Alyona Kolesnik 0:12 (təmiz qələbə)

69 kq
1/8 final - Martina Kuenz (AUT) - Elis Monolova 8:4

Oxumağa davam et
Reklam
Reklam

Gündəm