Azərbaycanlı idmançı rinqdə dünyasını dəyişdi – VİDEO
Bizi izləyin

İdman

Azərbaycanlı idmançı rinqdə dünyasını dəyişdi – VİDEO

Hövsan Olimpiya Komleksində qaydasız döyüş üzrə keçirilən Azərbaycan çempionatında bədbəxt hadisə yaşanıb.

Publika.az xəbər verir ki, döyüşün 4-cü dəqiqəsində başından zərbə alan Ramin Zeynalov huşunu itirib.

Həkimlərin 27 yaşlı idmançını həyata qaytarmaq cəhdləri nəticəsiz qalıb. Onun beyin qanaması keçirməsi səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Ramin Zeynalovun iki yaşında bir övladı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm