AFFA prezidenti millimizin qələbəsindən danışdı
Bizi izləyin

İdman

AFFA prezidenti millimizin qələbəsindən danışdı

AFFA prezidenti Rövnəq Abdullayev "Avro-2016"nın seçmə mərhələsində milli komandamızın Maltaya qalib gəldiyi oyun haqda danışıb.


"Vacib qələbə idi. Robert Prosineçki debüt matçında qələbə qazandı. Bu, uğurun başlanğıcıdır. Malta güclü rəqib idi. Onlar Bolqarıstan millisindən xal ala bilmişdi. Bu oyunda yığmamız qalib gəlməklə sanki yeni nəfəs aldı. İnanıram ki, komandamız bundan sonra daha yaxşı oyun sərgiləyəcək", Abdullayev bildirib.

Qeyd edək ki, öz meydanında Malta ilə qarşılaşan Azərbaycan millisi inamlı qələbə qazanıb - 2:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm