“Barselona”nın “düşünən beyni” "Əl Sədd"lə anlaşdı - FOTO
Bizi izləyin

İdman

“Barselona”nın “düşünən beyni” "Əl Sədd"lə anlaşdı - FOTO

İspaniya millisinin və "Barselona"nın futbolçusu Xavinin yayda klubundan ayrılacağı barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, bir müddət öncə yayılan xəbərlərdə onun Qətərin "Əl Sədd" klubuyla anlaşacağı və burda ilinə 10 milyon avro qazanacağı deyilmişdi.

Qətər klubunun meneceri Abdulla Əl Berik sosial şəbəkədə şəxsi hesabında paylaşdığı şəkillə bu xəbəri təsdiqləyib. O, Xavinin "Əl Sədd"in idman direktoru Məhəmməd Qulamla birgə şəklini paylaşaraq, "Əl Sədd" "Barselona"nın kapitanını transfer etməyi bacardı" statusunu yazıb.

"Barselona" rəhbərliyi isə Xavinin transferiylə bağlı heç bir açıqlama verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm