“Maurinyonu peşman etdik”
Bizi izləyin

İdman

“Maurinyonu peşman etdik”

“Maurinyonu peşman etdik”

ÇL-nın 1/8 finalında "Mançester Siti" - "Barselona" oyunundan sonra katalonların yarımmüdafiəçisi Sesk Fabregas maraqlı açıqlama ilə gündəmə gəlib.

Belə ki, o, 2:0 hesablı qələbənin onları tənqid edənlərə cavab olduğunu bildirib. İspaniyalı həm də “Çelsi”nin baş məşqçisi Maurinyonun“Barsa”nı zəif adlandırmasına peşman etdiklərini deyib:

“Bəziləri oyunumuzdan əvvəl çox danışırdı.Ümid edirəm ki, artıq ağızlarını bir neçə günə yumarlar. Çoxları “Barselona” əvvəlki komanda olmadığını düşünürdü. Ancaq biz bu axşam bütün tənqidlərə cavab verdik. Futbolda istənilən nəticələr qeydə alınır.Cavab matçında da təmkinli və ehtiyyatlı olmalıyıq”.

“Barselona”nın lideri Lionel Messi də matçla bağlı fikirlərini bölüşüb:

“Səfərdə çox yaxşı oyun nümayiş etdirdik. İki qolla qalib gəlməyimizə baxmayaraq cütün taleyinə hələ aydınlıq gəlmədiyini düşünürəm. Cavab qarşılaşmasında rəqibin futbolçusu Serxio Aquero da komandasına kömək edə biləcək. Penalti epizoduna gəlincə, hakimin tənqid olunması normaldır.Danışmağa hər zaman nəsə olur. Ancaq penalti epizodu ilə bağlı Martin Demişelislə söhbətim olmayıb”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm