İdman
Gimnastlarımız Portuqaliyadan üç medal gətirdi
Portuqaliyanın paytaxtı Lissabonda bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsi və beynəlxalq turnir başa çatıb.
Publika.az xəbər verir ki, bu yarışlar vətənə iki bürünc medal gətirən gimnastımız Marina Durundanın parlaq çıxışları ilə yadda qalıb. Azərbaycan yığmasının lideri və qarşıdan gələn Avropa oyunlarının idman səfiri, Marina top və lentlə hərəkətlərdə 3-cü olub. Gimnastımız gürzlər və halqa ilə hərəkətlərdə də yaxşı nəticə göstərərək 4-cü yerdə qərarlaşıb. Bundan əlavə, o, çoxnövçülükdə 5-ci yeri tutub.
Digər bürünc medalı isə Dünya Kuboku çərçivəsində keçirilən beynəlxalq turnirdə iplə çıxış edən yeniyetmə gimnastımız Jalə Piriyeva qazanıb.
Yeniyetmələrdən ibarət qrup hərəkətləri komandasının beş top ilə parlaq çıxışları da diqqətdən kənarda qalmayıb. Əfsanəvi pop-musiqisinin kralı Maykl Ceksonun “Smooth Criminal” mahnısının sədaları altında icra olunan və artıq bədii gimnastika aləmində məşhur olmuş çıxışları bütün tamaşaçıları ayağa qaldırıb. Yarışın yekunları üzrə dördüncü gələn azərbaycan gimnastlarının çıxışı gurultulu alqışlarla qarşılanıb.
-
Magazin120:59
Dilarənin səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”