Futbolçunun yeməyindən siçan çıxdı – GƏNCƏDƏ
Bizi izləyin

İdman

Futbolçunun yeməyindən siçan çıxdı – GƏNCƏDƏ

Ötən gün Azərbaycan futbolunda növbəti biabırçılıq yaşanıb.

Publika.az Sportal.az-a istinadən xəbər verir ki, "Kəpəz"in futbolçuları gözlənilməz hadisə ilə üzləşib. Belə ki, komandanın bazasında qalan futbolçular yeməkxanada ürəkbulandırıcı halla üzləşib.

Futbolçuların birinin yeməyindən ölü siçan çıxıb. Bu halı görən futbolçulardan artıq 4-ü komandanı tərk edib. Bunlardan birinin Ramil Haşımzadə olduğu deyilsə də, digər üçünün adı məlum deyil. Məlumatda klubun bazasında qalan futbolçular üçün heç bir şərait olmadığı və mətbəxdə insanlardan çox siçanların olduğu, yeməklərin isə bərbad vəziyyətdə olduğu bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm