İdman
Ermənistan himni çalındı, samboçumuz oturdu – ETİRAZ – VİDEO/FOTOLAR
Rusiyanın paytaxtı Moskvada keçirilən və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda maraqlı hadisə yaşanıb.
Oxu.az xəbər verir ki, turnirin ilk günündə 90 kq-dək çəki kateqoriyasında yarışın qalibi erməni Aşot Danielyan, 2-ci yerin sahibi rusiyalı Viktor Osipenko olub.
3-cü yeri isə belaruslu Sergey Lesyakla azərbaycanlı Bəxtiyar Abbasov bölüşüblər.
Qaliblərin mükafatlandırılması zamanı isə samboçumuz Bəxtiyar Abbasov qalib gəlmiş erməni idmançının şərəfinə səsləndirilən Ermənistanın himnini ayaq üstə dayanaraq dinləməkdən imtina edib və nümayişkaranə şəkildə oturub.
Qeyd edək ki, ümumilikdə həmin yarışda ölkəmiz 8 idmançı ilə təmsil olunub.
Amil Qasımov (74 kq) qızıl, Nəsimi Umbayev (52 kq) və Emil Həsənov (68 kq) gümüş, Bəxtiyar Abbasov (90 kq), Elmuraz Qasımov (100 kq), Kənan Qasımov (90 kq), Elnur Əhmədov (62 kq), Mövlud Mirəliyev (100 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Bəxtiyar Abbasov Ermənistanın işğal etdiyi Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya göz açıb.
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO