• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İdmançımız 21-ci dəfə dünya çempionu oldu – FOTOLAR

  • İdman
  • 30 Mart 2015 14:50
  • 1 827 Baxış
İdmançımız 21-ci dəfə dünya çempionu oldu – FOTOLAR

Portuqaliyanın Vaqos şəhərində keçirilən kikboks üzrə dünya çempionatı başa çatıb. Bu yarışda Azərbaycanı 20 qat dünya çempionu Eduard Məmmədov təmsil edib (http://publika.az/p/69323).

“Ağ canavar” ləqəbli idmançı növbəti zəfərini qazanıb. Ən titullu idmançı statusunu qoruyan Eduard Məmmədov növbəti dəfə dünya çempionu olub.

21-ci dəfə dünya çempionu olması ilə bağlı Publika.az-a danışan Eduard Məmmədov finalda çətinliklə üzləşdiyini etiraf etdi:

“Artıq 21-ci dəfə dünya çempionu oldum. Bildiyiniz kimi, Portuqaliyanın Vaqos şəhərində WCA versiyası üzrə dünya çempionatı keçirilirdi. Mən 60 kq-da K-1 stilində döyüşdüm və qalib gəldim. Bu yarışda 3 rəqiblə qarşılaşdım. Fransa və Portuqaliyadan olan idmançılarla üz-üzə gəldim. Təbii ki, bu döyüşə çıxanlar zəif rəqiblər olmur. Amma etiraf edim ki, mənə çətinlik yaradan finaldakı rəqibim oldu. O, portuqaliyalı idi”.

Qeyd edək ki, idmançılarımızın yarışda iştirakı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin təşkilatçılığı ilə baş tutub.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR