SOCAR: Sadıq Sadıqov "Neftçi"nin prezidentidir – TƏKZİB – YENİLƏNİB
Bizi izləyin

İdman

SOCAR: Sadıq Sadıqov "Neftçi"nin prezidentidir – TƏKZİB – YENİLƏNİB

Sadıq Sadıqovun “Neftçi” idman klubunun prezidenti vəzifəsindən istefasından söhbət gedə bilməz. Bunu Trend-ə “Neftçi”nin baş sponsoru olan SOCAR-ın mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bildiriblər ki, S.Sadıqov “Neftçi” idman klubunun rəhbəri, eyni zamanda, “Neftçi” peşəkar futbol klubunun prezidentidir. “Neftçi” PFK-nın “Neftçi” idman klubunun tərkibinə verilməsi ilə əlaqədar bir sıra struktur və nizamnamə dəyişiklikləri gözlənilir və bu barədə daha sonra məlumat veriləcək.

Daha əvvəl S.Sadıqovun “Neftçi”nin prezidenti vəzifəsindən istefası və yazıçı Çingiz Abdullayevin bu vəzifəyə təyin edilməsi barədə məlumat yayılmışdı.

***

"Neftçi"nin prezidenti Sadıq Sadıqovun istefa xəbəri aydın səmada şimşək effekti verdi. Başı milli komandanın Malta üzərində qələbəsinə qarışan futbol ictimaiyyəti bir anda yuxudan ayıldı. Onun xələfinin adı isə bir başqa şok effekti yaratdı.

Publika.az xəbər verir ki, hələ də Sadıqovun istefasının səbəbləri məlum deyil. Amma onun yerinə kimin gətirilməsi aydınlaşıb. Çingiz Abdullayev “Neftçi” futbol klubunun prezidenti təyin edilib.

Trend-in məlumatına görə, kluba bundan sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək.

Sadıq Sadıqov 5 ildən bir az artıq müddətdə “Neftçi”nin prezidenti postunda çalışdı. O, 2009-cu ilin dekabrında Əkbər Hacıyevin istefasından sonra “Ağ-qaralar”ın başına keçmişdi.

Sadıqovun prezidentliyi dövründə ardıcıl 3 dəfə Azərbaycan çempionu (2010/11, 2011/12, 2012/13), 2 dəfə kubokun qalibi (2012/13, 2013/14) olan paytaxt təmsilçisi Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən ilk klub kimi tarixə düşüb.

“Neftçi”nin tarixinə sayca 6-cı prezident kimi düşən Sadıqovun bundan sonra yalnız "Neftçi" İSM-ə rəhbərlik edəcəyi gözlənilir. O, "Neftçi"nin futbol klubuna prezident təyin edilənə kimi də İSM-ə rəhbərlik edirdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm