Dünyanın ən sürətli oyunçusu Beyl oldu
Bizi izləyin

İdman

Dünyanın ən sürətli oyunçusu Beyl oldu

Dünyanın ən sürətli futbolçusunun adı məlum olub.

Publika.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi Qaret Beyl hazırda karyerasını davam etdirən futbolçular arasında ən sürətli seçilib. O, topla saatda 36,9 km irəliləməyə qadirdir.

Araşdırma Meksikanın “Paçuka” klubu tərəfindən aparılıb və FİFA tərəfindən də qəbul olunub.

Ən sürətli oyunçuların siyahısında ikinci yeri elə “Paçuka”nın üzvü Yürgen Damm tutub (35,23 km/s). “Mançester Yunayted”in xavbeki Antonio Valensiya 35,1 km/s sürətlə “finişə üçüncü çatıb”.

Sonrakı sıralama belədir: Aaron Lennon (Tottenhem) - 33,8 km/s, Kriştiano Ronaldo (Real) - 33,6 km/s, Teo Uolkott (Arsenal) - 32,7 km/s, Lionel Messi (Barselona) - 32,5 km/s, Ueyn Runi (MY) - 31,2 km/s, Frank Riberi (Bavariya) - 30,7 km/s, Serxio Ramos (Real) - 30,6 km/s.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm