• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kişi kimi oynayaq, sonuncu olmayaq!

  • İdman
  • 31 Mart 2015 12:41
  • 426 Baxış
Kişi kimi oynayaq, sonuncu olmayaq!

Bu gün 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçirilən Avropa çempionatının elit-raund mərhələsinin millimizin də yer aldığı 7-ci qrupunun oyunlarına yekun vurulacaq.

Publika.az xəbər verir ki, yığmamızın qrupdakı son sınağı Danimarka millisinə qarşı olacaq. Skandinaviyalılar da bizim kimi bundan öncə keçirdiyi iki oyunda məğlub olduğundan növbəti mərhələ şanslarının üzərindən xətt çəkib. Bu oyun qrup sonuncusunu müəyyənləşdirəcək.

Qrupun digər matçında isə ilk iki oyunlarından qələbəylə ayrılmış İngiltərə və Fransa milliləri qarşılaşacaq.

Yığmamız qrupdakı ilk oyununda meydan sahibi Fransaya 0:2, ikinci matçında isə ingilislərə 0:1 hesabıyla məğlub olub.

Avropa çempionatı, elit-raund

31 mart

7-ci qrup

22:00 Azərbaycan - Danimarka

Hakimlər: Adrien Yakkottet, Vital Yobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoi Millo (hər ikisi Fransa).

Flers. "Stad de Haz" stadionu.

22:00 Fransa - İngiltərə

Hakimlər: Marko Quida, Andrea Krispo (hər ikisi İtaliya), Corcjije Raznatoviç, Nikola Dabanoviç (hər ikisi Çernoqoriya).

Sent-Lo. "Luis Villemer" stadionu.

Qrupdakı vəziyyət

1. Fransa, 6 (2), 2. İngiltərə, 6 (2), 3. Danimarka, 0 (2), 4. Azərbaycan, 0 (2).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR