“Kahin” komandasına görə məyus oldu - Zaqatalalılar “Sumqayıt”lılara dağ tutdu
Bizi izləyin

İdman

“Kahin” komandasına görə məyus oldu - Zaqatalalılar “Sumqayıt”lılara dağ tutdu

Bu gün Azərbaycan Premyer Liqasında XXII turun oyunları keçirilib.

Bu gün Azərbaycan Premyer Liqasında XXII turun oyunları keçirilib.

Publika.Az xəbər verir ki, yığmanın mart toplanışına görə çempionatın təqvimində dəyişikliklər edilib və bütün qarşılaşmalar eyni gündə baş tutub. Matçlardan 3-ü Bakıda, 1-i Lənkəranda, 1-i Zaqatalada keçirilib.

İlk öncə AZAL - "Qəbələ" oyunu ilə start verilib. Yuri Syominin komandası matçı qələbə ilə başa vurub. Hesabı 39-cu dəqiqədə meydan sahibləri açıb. AZAL Nedo Turkoviçin penalti qoluna sevinib. 5 dəqiqə sonra Daniel Subotiç bərabərliyi təmin edib. 71-ci dəqiqədə isə Şəhriyar Rəhimovun avtoqolu "Qəbələ"yə qələbə qazandırıb (2:1).

"Bakcell Arena"da "Neftçi" "İnter"i qəbul edib. Paytaxt derbisindən öncə komandaların vəziyyəti fərqli idi. Ötən həftə digər paytaxt derbisində "Bakı"ya uduzan "Neftçi" bundan əvvəl "Böyük oyun"da "Xəzər Lənkəran"la sühl bağlamışdı. "Ağ-qaralar" bu il yalnız "Simurq"u məğlub edə bilib. "İnter" isə yeni ildə keçirdiyi hər üç oyunu qələbə ilə başa vurmuşdu. Bu günkü matçda isə qalib müəyyənləşməyib. "İnter" iki dəfə hesabda önə keçsə də, "Neftçi" bərabərliyi təmin edib. Hesabı 29-cu dəqiqədə "İnter"in yeni transferi Yohan Bokonyano açıb. 76-cı dəqiqədə Araz Abdullayev penaltidən bərabərliyi təmin edib. 5 dəqiqə Laşa Salukvadze "İnter"i yenidən sevindirib. 86-cı dəqiqədə isə Ruslan Qurbanov matçın nəticəsini müəyyənləşdirib ( 2:2).

Bu il keçirdiyi üç oyunda "Neftçi", "Bakı" və "İnter"ə yenilən "Simurq" acığını "Sumqayıt"dan çıxıb. Zaqatala klubu 4:0 hesablı qələbə qazanıb. Hesabı 15-ci dəqiqədə penaltidən Draqan Çeran açıb. 22-ci dəqiqədə İdan Vaytsman fərqlənib. 32-ci dəqiqədə Vurğun Hüseynov qırmızı vərəqə alıb. 51-ci dəqiqədə Çeran dublunu rəsmiləşdirib. Əlavə vaxtda Salif Ballo son qolu vurub.

Lider "Qarabağ" "Bayıl Arena"da "Rəvan"ın qonağı olub. Ötən tur "Neftçi" və "Qəbələ"nin məğlubiyyətindən yararlanaraq liderliyini möhkəmləndirən "Qarabağ"ın bu dəfə də xal itirməməyib. 61 dəqiqə rəqib qapısına yol tapa bilməyən Qurban Qurbanovun yetirmələrindən Leroy Corc 7 dəqiqə ərzində (61-68-ci dəqiqələr) dubl edərək komandasını sevindirib - 2:0.

Nəhayət turun son oyununda 2014-cü ilin uğurlu komandaları - "Xəzər Lənkəran"la "Bakı" qarşılaşıb. Mustafa Dənizlinin gəlişindən sonra məğlubiyyətin nə olduğunu bilməyən Lənkəran klubu ev oyunundan da xalla və hətta xallarla ayrılmaq istəyirdi. "Ağ-yaşıllar" son üç matçda turnir cədvəlinin ilk üç pilləsində qərarlaşan komandalardan 7 xal almışdı. "Qarabağ" və "Qəbələ"ni udan Dənizlinin yetirmələri "Böyük oyun"da "Neftçi" ilə sülhə razılaşmışdı. "Bakı" isə 2014-də keçirdiyi oyunlarda "Rəvan", "Simurq" və "Neftçi"ni üstələmişdi. Bu dəfəki sınaqdan "Bakı" üzüağ çıxıb. Hesabı 70-ci dəqiqədə Yure Travner açıb. Əlavə vaxtda isə Rauf Əliyev "Fırtınalar meydanı"nı məyus edib (2:0).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm