• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Qoşqu”da yaşayan milyonçu – FOTOLAR

  • İdman
  • 31 Mart 2015 20:06
  • 1 075 Baxış
“Qoşqu”da yaşayan milyonçu – FOTOLAR

Bəzi insanlar lüks həyata düşkün olurlar. Başqaları ömürləri boyu bu cür həyat tərzi keçirən insanlara heyrətlə baxırlar. Bəziləri həyatlarını, sadəcə olaraq, həsədlə keçirsə də, yaşadığı həyatla barışmayıb lüks yaşam üçün hər cür cinayət törədən insanlar da var. Ancaq elələri də var ki, halal zəhmətiylə qazandığı milyonlara baxmayaraq, lüks həyatdan tamamilə uzaq olurlar. Onlar daha sadə həyat tərzi keçirərək dəbdəbəli villalardan, bahalı geyimlərdən uzaq dururlar. Üçüncü növ insanlar da var ki, onlar bu sadələyi bir az daha şişirdirlər. Sadə həyatdan daha çox "səfil həyat"a üstünlük verirlər. İndi söhbət açacağımız Daniel Norris də belələrindəndi.

Publika.az xəbər verir ki, Amerika Beysbol Liqasında çıxış edən "Toronto Blu Ceys"in uğurları üçün çalışan və ancaq klubundan aldığı pulu saysaq, ilə 2 milyon dollara yaxın qazanan Daniel Norris yaşadığı həyat tərzi ilə hamını heyrətləndirir.

İdman dünyasının milyonçularından sayılan beysbolçu "Şagi" adlandırdığı 10 min dollarlıq maşın qoşqusunda (karavan) yaşayır. O, lüks villaların əvəzinə, zibilxananın yanında park etdiyi karavanın içərisində "səfil həyatı" yaşayır. Norris saqqalını balta ilə qırxır, yeməyini isə özü qaladığı ocaqda bişirir. 21 yaşlı idmançı ilinə 2 milyon dollardan artıq pul qazansa da, ayda cəmi 800 dollar xərcləyir. O, hətta paltarlarını da komandasının məşqlərindən sonra özü yuyunarkən yuyur. O, təbiətlə iç-içə yaşamaqdan zövq duyduğunu deyir.

Komandanın baş məşqçisi Con Gibbons idmançının bu hərəkətindən narahat olmadıqlarını bildirir:

"Daniel bizim əsas oyunçumuzdu. O, çox peşəkar oyunçudu. Biz də onun qərarlarına hörmətlə yanaşırıq".

Norris mövsüm bitdikdən sonra da özünə məşğuliyyət tapır. Belə ki, o, mövsümün sonunda yerli dükanlardan birində həftədə 40 saat çalışır.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR