Yeni təklif: "İnter"in adı "Keşlə" olsun
Bizi izləyin

İdman

Yeni təklif: "İnter"in adı "Keşlə" olsun

AFFA prezidenti Rövnəq Abdullayev "İnter" və "Simurq" klublarının gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, federasiya prezidenti "bankirlər"in prezidenti Cahangir Hacıyev "Azərbaycan Beynəlxalq Bankı"nın İdarə Heyətinin sədri vəzifəsindən istefa versə də, komandanın Premyer Liqada yeni adla mübarizə aparacağını deyib:

"İnter" xarici addı. Bu klubun adı dəyişilib "Keşlə" olsun. "Bakı"nın adı "Xırdalan Bakı" olsa, gör nə qədər adam gələr. "Neftçi" ümumi addı. Mən "Neftçi"də işləyəndə görürdüm ki, hamı gəlir. Zorla gözəllik olmaz. Futbolun inkişafı üçün öncə azarkeş olmalıdı. Təəssüf ki, şirkətdən asılı klublar bir-bir əldən gedir. Bir "Neftçi"di ki, dövlətin hesabına yaşayır. Qalanları cavan klublardı. "Turan", "Kəpəz" yaşlı klub olsa da, indi yaxşı durumda deyil. Çünki orda ictimai dəstək yoxdu. Hərə bir manat versə, orda 500 min pul edir. Deməli, ictimailəşdirə bilmirlər.

Hamı futbol tələb edir. Amma vəziyyətdən çıxmaq üçün əziyyət çəkmək lazımdı, dəstək olmalıdı. Futbolda proseslər 10 illərlə keçir. Türkiyədə Turqut Özalın dövründə inkişaf oldu. Amma indi geriləyirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm