Braziliyanın Avropadakı qüruru – Neymar
Bizi izləyin

İdman

Braziliyanın Avropadakı qüruru – Neymar

“Barselona”nın və Braziliya millisinin hücumçusu Neymar karyerasında ilk dəfə “Samba Gold” mükafatına sahib olub.

Publika.az xəbər verir ki, 23 yaşlı ulduz futbolçu sözügedən mükafat uğrunda mübarizədə “Atletiko”da top qovan Mirandanı və “Qalatasaray”ın şərəfini qoruyan Felipe Melonu qabaqlayıb.

2008-ci ildən təsis olunan “Samba Gold”un sahibi braziliyalı jurnalistlər, futbolçular və internet istifadəçilərinin səsverməsi nəticəsində müəyyən edilir.

İlk laureat hazırda MLS-də “Orlando Siti”nin formasını geyinən Kaka olub. Bir il sonra Maykon ən yaxşı seçilmişdi. Növbəti üç ildə isə “Samba Gold” mükafatı PSJ-nin müdafiəçisi Tyaqo Silvaya çatmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm