İdman
"Bavariya" Londonda, "Atletiko" Milanda qazandı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları davam etdirilir. Publika.az xəbər verir ki, bu gecə daha iki oyun keçirilib.
Turnirin son qalibi "Bavariya" "Arsenal"ın qonağı olub. Londondakı "Emirates" stadionunda baş tutan matçın 9-cu dəqiqəsində meydan sahiblərindən Məsut Özil penaltini boşa verib. 38-ci dəqiqədə "Arsenal"ın qapıçısı Voyçiex Şesni meydandan qovulub və penalti təyin olunub. Lakien bu dəfə David Alabanın zərbəsi dəqiq olmayıb. Buna baxmayaraq, "Bavariya" səfər matçında qələbə qazanıb - 2:0.
Günün digər oyunu Milandakı "San Siro" stadionunda baş tutub və şəhərin yeni adlı təmsilçisi Arda Turanlı "Atletiko"nu qəbul edib. Matçın taleyini bir qol həll edib. 83-cü dəqiqədə "Milan"ın qapısına yol tapan Dieqo Kosta "Atlektiko"ya qələbə qazandırıb.
Qeyd edək ki, 1/8 finalın iki oyunu bir gün əvvəl keçirilib. "Barselona" səfər "Mançester Siti"ni 2:0, PSJ "Bayer"i 4:0 hesabı ilə yenib. Qalan 4 qarşılaşma isə gələn həftə oynanılacaq: "Arsenal" - "Bavariya", "Milan" - "Atletiko", "Zenit" - "Borussiya", "Olimpiakos" - "Mançester Yunayted", "Qalatasaray" - Çelsi", "Şalke 04" - "Real".
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var